Skip to main content

Sansi almazı Mənbə | Ədəbiyyat | Naviqasiya menyusuSansi almazının sirri - ARAŞDIRMA

Qiymətli daşlar


DemidovlarLuvr muzeyin










(function()var node=document.getElementById("mw-dismissablenotice-anonplace");if(node)node.outerHTML="u003Cdiv class="mw-dismissable-notice"u003Eu003Cdiv class="mw-dismissable-notice-close"u003E[u003Ca tabindex="0" role="button"u003Egizləu003C/au003E]u003C/divu003Eu003Cdiv class="mw-dismissable-notice-body"u003Eu003Cdiv id="localNotice" lang="az" dir="ltr"u003Eu003Ccenteru003Enu003Ctableu003Enu003Ctbodyu003Eu003Ctru003Enu003Ctd align="center"u003Eu003Cdiv style="padding:1em 1em 1em 1em; font-size:90%; border:1px solid #BFB6A3; background-color:White"u003Enu003Cdiv class="floatleft"u003Eu003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/VikiBahar_2019" title="VikiBahar 2019"u003Eu003Cimg alt="VikiBahar 2019" src="//upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6a/CEE_Spring_Logo_vertical.jpg/40px-CEE_Spring_Logo_vertical.jpg" decoding="async" width="40" height="70" data-file-width="800" data-file-height="1400" /u003Eu003C/au003Eu003C/divu003Eu003Cdiv class="floatright"u003Eu003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Siyas%C9%99t_ay%C4%B1" title="Siyasət ayı"u003Eu003Cimg alt="Siyasət ayı" src="//upload.wikimedia.org/wikipedia/az/thumb/2/29/Siyas%C9%99t-loqo.png/70px-Siyas%C9%99t-loqo.png" decoding="async" width="70" height="70" data-file-width="200" data-file-height="200" /u003Eu003C/au003Eu003C/divu003Enu003Ca href="https://meta.wikimedia.org/wiki/Azerbaijani_Wikimedians_User_Group/az" class="extiw" title="meta:Azerbaijani Wikimedians User Group/az"u003E"Azərbaycan vikimediaçıları" istifadəçi qrupuu003C/au003E istifadəçiləri 21 mart – 31 may 2019-cu il tarixlərində Mərkəzi və Şərqi Avropa dillərindəki Vikipediyalarda təşkil edilən u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/VikiBahar_2019" title="Vikipediya:Mövzulu ay/VikiBahar 2019"u003Eu003Cbu003EVikiBahar 2019u003C/bu003Eu003C/au003E məqalə müsabiqəsində iştiraka dəvət edir.u003Cbr /u003EParalel olaraq 1-31 may 2019-cu il tarixlərində davam edən u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Siyas%C9%99t_ay%C4%B1" title="Vikipediya:Mövzulu ay/Siyasət ayı"u003Eu003Cbu003ESiyasət ayıu003C/bu003Eu003C/au003E məqalə müsabiqəsində də iştirak edə bilərsiniz. Siz də qoşulun və töhfənizi verin!u003Cbr /u003Eu003Cbu003EƏtraflı:u003C/bu003E u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/VikiBahar_2019" title="Vikipediya:Mövzulu ay/VikiBahar 2019"u003EVikiBahar 2019u003C/au003E / u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Siyas%C9%99t_ay%C4%B1" title="Vikipediya:Mövzulu ay/Siyasət ayı"u003ESiyasət ayıu003C/au003E və u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Siyas%C9%99t_ay%C4%B1/Plan" title="Vikipediya:Mövzulu ay/Siyasət ayı/Plan"u003EPlanu003C/au003E u003C/divu003Enu003C/tdu003Eu003C/tru003Eu003C/tbodyu003Eu003C/tableu003Enu003C/centeru003Eu003C/divu003Eu003C/divu003Eu003C/divu003E";());




Sansi almazı




Vikipediya, açıq ensiklopediya






Jump to navigation
Jump to search




Sansi almazı


"Sansi" almazı — Məşhur qiymətli daşlardan biri.


Sansi almazı açıq-sarı rəngdədir, həcmi 55,23 karatdır. Bu təxminən 11,046 qram deməkdir.


Sansi almazı barədə müxtəlif rəvayətlər mövcuddur. Ancaq bilinən budur ki, bu almaz heç bir sahibinə xeyir gətirməyib. Ya o evdə uşaqlardan biri ölüb, ya da almazın sahibi taxt-tacdan salınıb, qaçaq düşüb, yaxud öldürülüb.


Rus tədqiqatçısı Valeyevin sözlərinə görə almaz ilk dəfə 1064-cü ildə Şərqi Hindistanda tapılıb. Onu yontalamayana qədər 100 karatdan çox olub. Almazı tapan Tacir Caqattunq onu evində saxlamağa qorxarmış. Çünki, almazın onda olmasını nəinki yerli kəndlilər, eləcə də sarayda da bilirmişlər. Onun şöhrəti Vira Racendra adlı sultana da gedib çıxır. O, tacirə almazı satmağı təklif edir. Az müddətdən sonra Vira Racendra ilə tacir Caqattunqa arasında almazın satılmasına dair razılaşma əldə edilir. Tacir almazı verib, əvəzində iki fil, on iki dəvə və 80 qızıl sikkə alır.


Getdikcə sultanlıq uğrunda qanlı döyüşlər başlanır. Sultan Racendra taxtdan salınır, hakimiyyətə Adxiracendra gəlir. Əvvəlki sultanın bütün var-dövləti, qızıl-zinyəti yeni sultanın əlinə keçir. Almazın yeni sahibi Adxiracendra olur.


Növbəti illərdə almaz dəfələrlə əldən-ələ keçir. Bəzi vaxtlarda daşın tarixi itir. Çünki onu ələ keçirən adamlar bu barədə heç kimə demirdilər. Nəhayət, 1325-ci ildə sultan Məhəmməd bu daşı əcnəbi tacirdən yüksək məbləğə alır. Həmin vaxtdan sonra almazın tarixi yenə itir. Bütün Hindistanda söz yayılır ki, "Sansi" ölkədən çıxarılıb.


1473-cü ildə məlum olur ki, almaz nə yerə basdırılıb, nə də suda batırılıb. O Cəsur Karldadır. Karl məşhur zərgər Lyudviq van-Berkeni sarayına çağırıb göstəriş verir ki, almazı yontalasın. Yontalama nəticəsində 100 karatdan çox olan daşdan 48 karat qalır. Cəsur Karlın ölümündən sonra Portuqaliya kralı Afons daşı ələ keçirir. Sonra o "Sansi"ni adı tarixə bəlli olmayan şəxsə satır.


1570-ci ildən etibarən Avropanın kübar ailələri arasında almaz daş-qaşlar dəbə düşür. Hər bir kübar xanım evində, eləcə də boyun-boğazında brilyant daş gəzdirir. Belə bir vaxtda Konstantinopol hakimiyyətinə yaxın olan Nikolya de Sansi türk zərgər dostunu ziyarətə gedir. Türk zərgər ona bu daşı göstərir. Nikolya de Sansi həmin almazı yüksək məbləğə alaraq, ona öz adını qoyur. Həmin illərdə gənc Nikolya getdikcə hakimiyyət pillələrində irəliləyirdi. Belə bir vaxtda ağlına gəlir ki, almazı kral III Henrixə hədiyyə etsin. "Sansi" almazı Nikolyanın hakimiyyət pilləsində daha da irəliləməsinə gözəl fürsət olacaqdı. O, bir dəstə etibarlı adamı ilə almazı Henrixə göndərir. Lakin xəbər çıxır ki, almaz yoxa çıxıb. Nikolyaya məlumat verilir ki, onun dəstəsi qətlə yetirilib. Yolda onlara basqınçılar hücum edərək heç birinə aman verməyiblər. Nikolya həmin dəstədə olan öz qulluqçusunun meyidini yardırır və almaz onun mədəsindən tapılır. Belə ki, basqınçıların hücumunu görən qulluqçu almazı qorumaq məqsədilə udmuşdur.


1605-ci ildə Nikolya Sansi Fransanın baş naziri seçilir. O, almazı İngiltərə kralı I Yakova satır. Sansi almazı İngiltərədə yarım əsr qalır. Sonra bu daş yenidən Fransaya qayıdır. Az sonra məlum olur ki, almaz Fransa kardinalı Mazarininin evindədir. Mazarini evinə gələn qonaqlara qızıl-zinyət kolleksiyasındakı ən iri daşa məmnuniyyətlə göstərərmiş. Daşın sorağı XIV Lyudovikə gedib çatır. Kardinal Mazarini bunu eşidib almazı krala hədiyyə göndərir. Böyük Fransa İnqilabından sonra xəzinə talan edilir. Oradan “Mavi fransız” almazı ilə bərabər “Sansi” də yoxa çıxır.


Sansi almazının tarixi sonra Rusiyada davam edir. Bu daş Pavel Demidovun əlinə keçir. 1865-ci ildə Demidovlar onu 100 000 funt sterlinqə hind racasına satırlar.
Əfsanəvi daş ilk dəfə 1867-ci ildə Parisdəki Ümumdünya Sərgisində nümayiş etdirilir. Həmin sərgidə iştirak edən mütəxəssislər ona milyon frank qiymət qoyurlar. Məhz həmin sərgidən etibarən Sansi almazı barədə tarixdə fasilə yaranır. Bilinmir ki, onu kim 40 il gizli saxlayıb. Yalnız 1906-cı ildə o amerikalı sahibkar Uilyam Astorda üzə çıxır. Daş həmin ailədə 72 il qalır. Astorlar nəslinin IV lordu 72 ildən sonra onu Luvr muzeyinə 1 milyon dollara satır. Satış 1978-ci ildə baş tutur. Həmin gündən etibarən əfsanəvi daş Luvrda sərgilənir. Beləliklə, Sansi almazı yalnız 1978-ci ildə sakitliyə qovuşdu. Həmin ildən etibarən daha onu nə satır, nə də qorxu altında gizlədirlər.


Avropada əfsanə adını alan bu almaz barədə müxtəlif filmlər də çəkilib.



Mənbə |


  • Azər Qismət. Sansi almazının sirri - ARAŞDIRMA. manera.az, 05.01.2016  (azərb.)


Ədəbiyyat |


  • Burton, E. (1986). Legendary Gems or Gems That Made History, pp. 78–83. Chilton Book Company, Radnor, PA

  • Fowler, M. (2002). Hope: Adventures of a Diamond, p. 100, 151, 321. Random House Canada

  • Shipley, R. (1939). Famous Diamonds of the World, pp. 24–27. Gemological Institute of America, USA




Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Sansi_almazı&oldid=3748949"










Naviqasiya menyusu




























(window.RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgPageParseReport":"limitreport":"cputime":"0.024","walltime":"0.034","ppvisitednodes":"value":27,"limit":1000000,"ppgeneratednodes":"value":0,"limit":1500000,"postexpandincludesize":"value":369,"limit":2097152,"templateargumentsize":"value":46,"limit":2097152,"expansiondepth":"value":5,"limit":40,"expensivefunctioncount":"value":0,"limit":500,"unstrip-depth":"value":0,"limit":20,"unstrip-size":"value":0,"limit":5000000,"entityaccesscount":"value":0,"limit":400,"timingprofile":["100.00% 8.640 1 Şablon:Az","100.00% 8.640 1 -total"," 66.19% 5.719 1 Şablon:Ref-lang"," 35.00% 3.024 1 Şablon:Ref-info"],"cachereport":"origin":"mw1314","timestamp":"20190501031728","ttl":2592000,"transientcontent":false););"@context":"https://schema.org","@type":"Article","name":"Sansi almazu0131","url":"https://az.wikipedia.org/wiki/Sansi_almaz%C4%B1","sameAs":"http://www.wikidata.org/entity/Q1632223","mainEntity":"http://www.wikidata.org/entity/Q1632223","author":"@type":"Organization","name":"Contributors to Wikimedia projects","publisher":"@type":"Organization","name":"Wikimedia Foundation, Inc.","logo":"@type":"ImageObject","url":"https://www.wikimedia.org/static/images/wmf-hor-googpub.png","datePublished":"2016-01-05T12:10:26Z","dateModified":"2016-12-05T19:09:08Z","image":"https://upload.wikimedia.org/wikipedia/commons/6/6c/Sancy_%28diamond%29_black.png"(window.RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgBackendResponseTime":665,"wgHostname":"mw1329"););

Popular posts from this blog

Canceling a color specificationRandomly assigning color to Graphics3D objects?Default color for Filling in Mathematica 9Coloring specific elements of sets with a prime modified order in an array plotHow to pick a color differing significantly from the colors already in a given color list?Detection of the text colorColor numbers based on their valueCan color schemes for use with ColorData include opacity specification?My dynamic color schemes

Invision Community Contents History See also References External links Navigation menuProprietaryinvisioncommunity.comIPS Community ForumsIPS Community Forumsthis blog entry"License Changes, IP.Board 3.4, and the Future""Interview -- Matt Mecham of Ibforums""CEO Invision Power Board, Matt Mecham Is a Liar, Thief!"IPB License Explanation 1.3, 1.3.1, 2.0, and 2.1ArchivedSecurity Fixes, Updates And Enhancements For IPB 1.3.1Archived"New Demo Accounts - Invision Power Services"the original"New Default Skin"the original"Invision Power Board 3.0.0 and Applications Released"the original"Archived copy"the original"Perpetual licenses being done away with""Release Notes - Invision Power Services""Introducing: IPS Community Suite 4!"Invision Community Release Notes

199年 目錄 大件事 到箇年出世嗰人 到箇年死嗰人 節慶、風俗習慣 導覽選單