Skip to main content

Kabalaka Mündəricat Səlbir | Qala (Govurqala) | Kamaltəpə | Bayır şəhər | Güllü qoruq (Çaqqallı) | Həmçinin bax | İstinadlar | Ədəbiyyat | Naviqasiya menyusu54

Əlifba sırasına görə tarixi abidələrQafqaz AlbaniyasıArxeologiyaŞəhərlərinə görə Azərbaycan tarixiQafqaz Albaniyasının vilayətləriQəbələnin görməli yerləriQafqaz Albaniyasının memarlığı


AzərbaycanQəbələQafqaz Albaniyasın1940AzərbaycanQəbələÇuxur-QəbələQaraçayCovurlu çay19591959Covurlu çayQaraçayQaraçayQaraçayCovurlu çayŞücaətnaməQaraçayCovurlu çayS.M.QazıyevYaloylutəpə mədəniyyətinin19741975Güney AzərbaycandaHəsənliİ.ƏliyevQafqaz AlbaniyasınRomaPliniQafqaz albanlarınRomaYaloylutəpə mədəniyyətininCovurlu çay19261960DərbəndMüzəffər ibn MəhəmmədƏbu Bəkr119112101977Əl-Müqəddəsinin1977TövləQocalan çayCovurlu çay1959SeyidtalaUzuntalaQaratəpə










(function()var node=document.getElementById("mw-dismissablenotice-anonplace");if(node)node.outerHTML="u003Cdiv class="mw-dismissable-notice"u003Eu003Cdiv class="mw-dismissable-notice-close"u003E[u003Ca tabindex="0" role="button"u003Egizləu003C/au003E]u003C/divu003Eu003Cdiv class="mw-dismissable-notice-body"u003Eu003Cdiv id="localNotice" lang="az" dir="ltr"u003Eu003Ccenteru003Eu003Cdiv class="layout plainlinks" align="center"u003Eu003Cbu003Eu003Cspan style="background-color:u0026#32;; color: orange"u003Eu003Ca href="/wiki/Vikipediya:2019_Yay_Vikid%C3%BC%C5%9F%C9%99rg%C9%99si" title="Vikipediya:2019 Yay Vikidüşərgəsi"u003Eu003Cspan style="background-color:u0026#32;; color: orange"u003Eu003Cuu003E2019 Yay Vikidüşərgəsiu003C/uu003Eu003C/spanu003Eu003C/au003E keçiriləcəkdir. Qeydiyyatdan keçməyə tələsin! Son qeydiyyat tarixi: 28 iyun 2019u003C/spanu003Eu003C/bu003Enu003Ccenteru003Enu003Ctableu003Enu003Ctbodyu003Eu003Ctru003Enu003Ctd align="center"u003Eu003Cdiv style="padding:1em 1em 1em 1em; font-size:90%; border:1px solid #BFB6A3; background-color:White"u003Enu003Cdiv class="floatleft"u003Eu003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Kosmos_ay%C4%B1" title="Vikipediya:Mövzulu ay/Kosmos ayı"u003Eu003Cimg alt="Kosmos-loqo.png" src="//upload.wikimedia.org/wikipedia/az/thumb/b/bd/Kosmos-loqo.png/45px-Kosmos-loqo.png" decoding="async" width="45" height="45" data-file-width="200" data-file-height="200" /u003Eu003C/au003Eu003C/divu003Enu003Ca href="https://meta.wikimedia.org/wiki/Azerbaijani_Wikimedians_User_Group/az" class="extiw" title="meta:Azerbaijani Wikimedians User Group/az"u003E"Azərbaycan vikimediaçıları" istifadəçi qrupuu003C/au003E 1-30 iyun 2019-cu il tarixlərində istifadəçiləri u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Kosmos_ay%C4%B1" title="Vikipediya:Mövzulu ay/Kosmos ayı"u003Eu003Cbu003EKosmos ayıu003C/bu003Eu003C/au003E məqalə müsabiqəsində iştiraka dəvət edir. Siz də qoşulun və töhfənizi verin!u003Cbr /u003Eu003Cbu003EƏtraflı:u003C/bu003E u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Kosmos_ay%C4%B1" title="Vikipediya:Mövzulu ay/Kosmos ayı"u003EKosmos ayıu003C/au003E və u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Kosmos_ay%C4%B1/Plan" title="Vikipediya:Mövzulu ay/Kosmos ayı/Plan"u003EPlanu003C/au003E u003C/divu003Enu003C/tdu003Eu003C/tru003Eu003C/tbodyu003Eu003C/tableu003Enu003C/centeru003Eu003C/divu003Eu003C/centeru003Eu003C/divu003Eu003C/divu003Eu003C/divu003E";());


40°53′22″ şm. e. 47°42′56″ ş. u.



Kabalaka




Vikipediya, açıq ensiklopediya






Jump to navigation
Jump to search


























Emojione1 1F3DB.svg

Kabalaka
Kabalaka 1.jpgQala divarlarının və əsas giriş darvazası ətrafındakı bürclərin qalıqları
Fortress Ancient Gabala.jpgQala divarlarının və əsas giriş darvazasının bərpa maketi

40°53′22″ şm. e. 47°42′56″ ş. u.
Ölkə
Flag of Azerbaijan.svg Azərbaycan
Şəhər
Qəbələ
Yerləşir
Çuxur Qəbələ
Aidiyyatı
Qafqaz Albaniyası
Tikilmə tarixi
I əsr
Üslubu
Alban memarlığı
Vəziyyəti
xarabalıqları qalıb


Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.
54
Kateqoriya
Qala
Əhəmiyyəti
Dünya əhəmiyyətli

Kabalaka (Azərbaycan)

Locator Dot2.gif

Kabalaka


Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar

Kabalaka – Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur.[1]


Qəbələ bir arxeoloji abidə kimi,hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş,onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq,burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir.


Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində KabalakaXabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir.[2]


Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km Şərqdə, Qaraçay (Qəbələ çayı) ilə Covurlu çay (Qala çayı) arasındakı yüksəklikdə yerləşir.[3]1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır.[4] Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır. Yerli əhali xəndəkdən Şimal tərəfdəki hissəni "Səlbir", xəndəkdən Cənub tərəfdəki hissəni isə "Qala" adlandırır. Hər iki hissə bəzən "Səlbir", "Govur-qala", bəzən də şəhərin təkcə "Qala" hissəsi "Govur-qala" adlandırılır.[5]1959-cu ildən Qəbələ şəhər xarabalığından 3–4 km Şərqdə, yerli əhali tərəfindən Güllü qoruq və ya Çaqqallı talası adlandırılan yerdə qədim Qəbələnin məbəd yeri və bazar meydanının yerləşdiyi güman edilən üçüncü bir sahəsi, daha sonralar Kamaltəpə və Bayır şəhər hissələri aşkar edilmişdir.[6] Ümumiyyətlə Qəbələ şəhər xarabalığı öz tarixi coğrafiyasına görə hələlik Səlbir, Güllü qoruq (Çaqqallı talası), Kamaltəpə və Bayır şəhər adlı arxeoloji abidələr kompleksindən ibarətdir.[7]




Mündəricat





  • 1 Səlbir


  • 2 Qala (Govurqala)


  • 3 Kamaltəpə


  • 4 Bayır şəhər


  • 5 Güllü qoruq (Çaqqallı)


  • 6 Həmçinin bax


  • 7 İstinadlar


  • 8 Ədəbiyyat




Səlbir |


Qəbələnin Səlbir hissəsi,şəhərin e.ə. III-eramzın XII əsrinədək olan dövrünü əhatə etməklə,onun ən mühüm və qədim hissəsini təşkil etmişdir.Səlbirin ümumi sahəsi 12 hektardan bir az artıqdır.Topoqrafik quruluşuna görə Qərb-Şərq tərəfi hündür,mərkəz və Şimal-Qərb hissələri isə çökəkdir.Səlbirdə şəhərin qala divarlarıyaxşı qalmamışdır.lakin torpaq altında qalan bürc və divar qalıqları açıq-aşkar bilinir.Arxeoloji tədqiqatlara və yerüstü müşahidələrə əsasən Səlbirdə qala divarının ümumi uzunluğu Şimal tərəfdə təxminən 410 m,Qərbdə 448 m,Şərqdə 357 m,perimetri isə 1425 m-dir.Burada 10 bürc yeri müəyyənləşdirilmişdir.Səlbirdə iki böyük və bir kiçik darvaza yeri vardır.Böyük darvaza yerlərindən biri qalanın Şimal tərəfində,digəri Cənub-Qərb küncündə,kiçik darvaza yeri isə Qərb tərəfindədir.


Ərazinin Şimal ətəyi təxminən 30 m dərinlikdə geniş sahəli dərədir.Dərənin Şərq tərəfi Covurlu çayın,Qərb tərfi isə Qaraçayın yataqları ilə əlaqələnir.Onun dibi isə təbii qaynama bulaqlarla zəngindir.Bu bulaqlar bir-biri ilə əlaqələnən təbii xırda göllər əmələ gətirir.Bu da şəhərin Şimal tərəfinin hərbi mövqeyini daha da möhkəmlətmişdir.Bundan əlavə,Şimal tərəfdə qala divarı ilə dərə arasında 5 m-dən artıq endə torpaq sahəsi vardır.Həmin sahə qala divarı tikilən zaman qazılaraq hamarlanmışdır.Onun çox hissəsi sırf müdafiə xəndəyi xarakteri daşıyır.Həmin sahə əslində həm qala divarının erroziyaya uğramasının qarşısını almış,həm də əlavə maneə məqsədi daşımışdır.Belə bir hal Səlbirin Qərb qala divarı ilə Qaraçay dərəsinin arasında,ancaq kiçik darvaza yerinin sağ-sol tərəflərində də mövcuddur.Burada dərə ilə qala divarları arasında təxminən 30 m uzunluğunda süni müdafiə xəndəyi vardır.Əgər Qaraçay ümumiyyətlə Qərb qala divarlarının strateji mövqeyini möhkəmlətmişdirsə,həmin xəndək,əlavə olaraq,kiçik darvazaya qalxan yolun müdafiəsi üçün xüsusi hərbi əhəmiyyət daşımışdır.


Səlbirin Şərq tərəfinin çox hissəsini Covurlu çay yuyub dağıtmışdır.Ona görə də tədqiqatçılar onun Şərq tərəfinin əvvəlki vəziyyəti haqqında bəhs etmirlər.


Səlbirlə Qala arasındakı xəndək barədə hələ XV əsrə aid türk mənbəsi olan "Şücaətnamə"də də məlumat verilir.Həmin xəndək Səlbirin Cənub qala divarını Qalanın Şimal qala divarı ilə sərhədləndirir.Onun uzunluğu 273 m olub,Səlbir ilə Qalanın Qərb və Şərq qurtaracaqlarında tamamlanır.Şərq tərəfdə xəndəyin indiki dərinliyi 16–20 m,eni 30 m-dək,Qərbdə dərinlik 20–24 m,eni isə təxminən 30 m-dir.Xəndəyin qurtaracaqları Qaraçay və Covurlu çayın dağıntılarına məruz qalmışdır.S.M.Qazıyev qeyd edir ki,şəhərin Səlbir hissəsi Qala hissəsinə nisbətən daha qədimdir.O,Səlbirin alt yaşayış qatından əldə edilən arxeoloji materialların- sərnic,dolça (tay qulp),sütdan,vaz və s. kimi cəhrayı və qara rəngli qabların Yaloylutəpə mədəniyyətinin səciyyəvi materialları ilə müqayisəsinə,həmçinin Səlbirdən I əsrdə Qotarsın adına kəsilmiş gümüş pulun tapılmasına əsasən,burada nəinki eramızın əvvəllərində hətta e.ə. I əsrdə də yaşayış olduğunu söyləmişdir.


1974-cü ildə Səlbirdə şəhərin Qərb qala divarının 35 m uzunluqda (eni 2,4 m) bünövrəsi və bir möhtəşəm qala bürcü torpaq altından çıxarılmışdır.Kvadrat formada tikilən (10X10 m) və hazırda qalığının hündürlüyü 14 m olan bu bürc,Azərbaycan ərazisində aşkar olunmuş ilk tapıntı kimi olduqca qiymətlidir.





Asafi and Kayki bey in Qabala castle besieged by Safavids.png
Revolt in Qabala castle.png

Qebele qalasının təslim olmasının müzakirəsi.png


Əsəfi və Kayki bəyin Qəbələ qalasında Səfəvilər tərəfindən mühasirəyə alınması, Qəbələ qalasında üsyan çıxması və Qebele qalasının təslim olmasının müzakirəsi. Əsəfi Dal Mehmed Çələbi. 1583

1975-ci ildə içərisi təmizlənən zaman şəhər tərəfdən bürcə daxil olmaq üçün giriş yeri və bürcün ən qədim divar qalığı aşkar olunmuşdur.Onun giriş yeri və içərisindən,şəhərin qədim dövrünə aid edilən cəhrayı və saxsı rəngli qab qırıqları tapılmışdır.Bu bürc plan və quruluşuna görə,Güney Azərbaycanda Həsənli təpəsində aşkar olunan və e.ə. IX əsrə aid edilən qala divarının bürclərilə müqayisə edilə bilər.


İ.Əliyev qeyd edir ki,Səlbirdə aşkar edilən bürcün,qədim dövr qala bürcləri formasında tikilməsinə,həmçinin giriş yeri və içərisində tapılan saxsı qab qırıqlarının qədi dövr saxsı qab qırıqlarına oxşamasına əsasən demək olar ki,şəhərin Səlbir hissəsində qala divarlarının bünövrəsi təxminən e.ə. I əsrdə qoyulmuşdur.Bu arxeoloji dəlil,I əsrdə Qafqaz Albaniyasının əsas şəhəri olan Qəbələnin,möhkəmləndirilmiş şəhər (Oppidum) olması haqqında məlumat verən Roma tarixçisi Qay Plini Sekunda haqq qazandırır.


Səlbirdən tapılan kirəmitlər iki növdür : müstəvi və nov şəkilli. Müstəvi kirəmitlərin uzunluğu 67 sm,eni bir başda 45,digər başda isə 36 sm-dir.Nov şəkilli kirəmitlər yan-yana düzülən müstəvi kirəmitlərin birləşdirilməsində istifadə edilmişdir.Belə kirəmitlərin ağırlığı 12-15 kq-a qədərdir.Bu dəlil şəhərin qədim binalarının çox davamlı olmasına və Qafqaz albanlarının yüksək tikinti mədəniyyətinə yiyələnmələrinə sübutdur.


Səlbirdən şəhərin qədim dövrünə aid tapılan arxeoloji materialların əsas hissəsini saxsı qablar təşkil edir.Bunlar sərnic,dolça,qısaboğaz novçalı bardaq,köplər və s. tipli saxsı qabların hissələridir.Tapılan qabların bəzilərinin ağzının kənarında yunan və ya Roma yazılarının ayrı-ayrı hərflərinə oxşayan işarələr vardır.Qeyd edilən saxsı qabların tam oxşarları ilk dəfə Qəbələ ətrafında,yəni Yaloylutəpə abidəsindən tapılmışdır.Tədqiqatçılar onları Yaloylutəpə mədəniyyətinin ən səciyyəvi saxsı qabları hesab etməklə e.ə. III-I əsrlərə aid edilmişdir.
Son vaxtlar Səlbirdə aparılan arxeoloji qazıntılar zamanı da şəhərin xüsusilə qədim dövrünə aid xeyli material əldə edilmişdir.


Səlbirdə mədəni təbəqənin qalınlığı 2,3-3 metr kimi qiymətləndirilir və bu mədəni təbəqə üç tarixi dövrə bölünür.Birinci (alt) təbəqə e.ə. III-I əsr,ikinci (orta) təbəqə IV-VIII,nəhayət üçüncü (üst) təbəqə IX-XII əsrləri əhatə edir.Bu təbəqələrdən tapılan zəngin arxeoloji materiallar,Səlbirdə 1500 ildən artıq fasiləsiz şəhər həyatının olduğunu söyləməyə imkan verir.



Qala (Govurqala) |





Qafqaz Albaniyası dövrünə aid qab




Qafqaz Albaniyası dövrünə aid qab



Qəbələ şəhər xarabalığını iki hissəyə ayıran xəndəyin Cənub tərəfini yerli əhali Qala,yaxud da Govur qala adlandırır.Qəbələnin qala hissəsi təxminən VI əsrdən başlayaraq XVIII əsrin ortalarınadək olan bir dövrü əhatə etməklə,əsasən orta əsr şəhəri olmuşdur.Onun ümumi sahəsi hal-hazırda 13 hektara qədərdir.Səlbirdə olduğu kimi,Qalanın ərazisi də topoqrafik quruluşuna görə mürəkkəb xarakterə malikdir.Belə ki,Qərb tərəfdə yarıdan çox hissəsi yüksəklikdir,son dövrlərin tikintiləri onun ərazisində bəzi çökəkliklər və qabarmalar yaratmışdır.


Qalanın Cənub tərəfinin divar və bürcləri yerüstü vəziyyətdə yaxşı qalmışdır.Burada yarımdairəvi vəziyyətdə inşa edilmiş dörd əzəmətli bürc və bürcləri birləşdirən divarlar dövrümüzə kimi çatmışdır.Bürc və divarların yuxarı hissəsi tamamilə dağılmışdır.Qərb tərəfdəki bürc şərti olaraq birinci bürc hesab edilir.Onun Qərb tərəfi çox dağılmışdır.Qalığının hündürlüyü 10,7 metrdir.Sonra ikinci bürc gəlir k,onun da hündürlüyü 11,3 metrdir.İçərisi dairəvi şəkildə boşdur.Boşluğun diametri yuxarı hissədə 6,8 metrdir.Hündürlüyü 14 metr olan üçüncü bürcün içərisinin diametri orta hesabla 7 m,divarının qalınlığı 5 metrdir.Bu bürcün alt cərgələrində kirəc məhlulu ilə iri yonma yumşaq (şirim) daşdan hörülmüş 8 cərgə daş divar yaxşı bilinir.Elə buna əsasən Qalanın Cənub tərəfindəki bürc və divarların da alt cərgələrinin iri yonma daşdan hörüldüyünü söyləmək olar.Dördüncü bürc,Qalanın Cənub divarının Şərq qurtaracağındadır.O,təxminən ortadan qopub Cənuba tərəf aşmışdır.


İkinci və üçüncü bürclərnisbətən yaxşı vəziyyətdədir.Bürc və qala divarlarının yuxarı hissəsi bişmiş kərpicdən kirəc məlulu ilə hörülmüşdür.İkinci və üçüncü bürclərin arası darvaza olmuşdur.Şəhərin Qala hissəsinin əsas giriş yolu buradan keçmişdir.Şəhərə qalxan ikinci yol isə Qalanın Şimal-Qərb tərəfindəki yoxşula gedirmiş.Əslində buradan Qalaya daha rahat qalxmaq olur.Bu yol yerinin qarşısında divar qalığının olmamasını və enişin ətəyindəki bulağı nəzərə alaran tədqiqatçılar buranı ikinci darvaza yeri hesab edirlər.


Covurlu çay Səlbirə nisbətən Qalanın Şərq tərəfini çox dağıtmışdır.Onun uçurum şəklində olan indiki görünüşündən aydın olur ki,vaxtilə möhkəm strateji mövqeyə malik idi.Qərb tərəfdən axan Qara çay,Səlbirdə olduğu kimi,Qalanın da Qərb tərəfini əlçatmaz istehkama çevirmişdir.Səlbir ilə Qalanın arasından keçən süni müdafiə xəndəyinə gəldikdə isə bi xəndək sonralar Qalanın Şimal tərəfdən üdafiəsi işində əlavə istehkam məqsədi daşımışdır.Bəzi alimlərin ehtimalına görə Qalada həyat başlanandan sonra xəndəyin üstündən Səlbir ilə Qalanı birləşdirən açılıb-bağlanan körpü olmuşdur.


Qəbələnin Qala hissəsinin arxeoloji tədqiqinə 1926-cı ildə başlanılmışdır.Bu zaman ciddi arxeoloji axtarış və kəşfiyyat xarakterli qazıntı işləri görülmüş və bir əsas məsələ -Qəbələ şəhər xarabalığının harada yerləşməsi məsələsi öz həllini tapmışdır.Bunula da Qəbələ şəhərinin harada yerləşməsi haqqındakı xırda yalnışlıqlara son qoyulmuşdur.Qalada geniş arxeoloji qazıntı işləri 1960-cı ildən başlamışdır.Burada 5 m qalınlığında üç mədəni təbəqənin olduğu aydınlaşdırılmışdır.Belə ki,yer səthindən 2,5-5 metr dərinliyədək olan alt qat birinci,0,7 m dərinlikdən 2,5 m dərinliyədək olan orta qat ikinci,0,7 m dərinliyədək olan üst qat birinci mədəni təbəqə hesab edilir.


Qazıntı zamanı mədəni təbəqələrdən çoxlu divar və döşəmə qalıqları.saxsı tünglərlə çəkilmiş su kəmərləri,ocaqlar,təndirlər,dulus kürələri,həmçinin çoxlu miqdarda şirsiz,şirli qablar şüşə,metal,sümük,daş əşyalar,mis pullar və s. maddi-mədəniyyət qalıqları tapılmışdır.


Mədəni təbəqənin orta qatı üst və alt qatlara nisbətən daha zəngin material vermişdir.Dərbənd məliyi Müzəffər ibn Məhəmmədə (XII sər),Atabəy Əbu Bəkrə (1191-1210),həmçinin XIII-XIV əsrlərə aid digər pullara əsasən Qalanın orta yaşayış qatı təxminən XI-XIV əsrlərə aiddir.Alt təbəqənin maddi-mədəniyyət qalıqları isə əsasən VIII-X əsrlərə aid ərəb pulları ilə müşayiət edilmişdir.Sonrakı arxeoloji qazıntılar da mühüm nəticələr vermişdir və aydınlaşdırılmışdır ki,alt təbəqə özü üç təbəqəyə bölünür və ümumiyyətlə Qalada üç yox,dörd mədəni təbəqə vardır.Məlum olmuşdur ki,mədəni təbəqənin 4 m dərinliyindən sonra şirli saxsı qablar getdikcə azalmış və yoxa çıxmışdır.Əslində şirli saxsı qablar verməyən orta əsr abidələri yeni bir tarixi dövrlə səciyyələnir.



Kamaltəpə |





Ulduz təsvirli saxsı qab




Quş təsvirli saxsı qab



Şəhərin Qala hissəsinin Cənub darvazası qarşısında yerləşən təbii təpəlik yerli əhali tərəfindən Kamaltəpə adlandırılmışdır. Kamaltəpə sözü şəxs adına bağlıdır. Vaxtilə Kamal adlı bir yerli sakin burada təsərrüfat işləri ilə məşğul olduğu üçün təpə onuun adı ilə adlandırılmışdır. Qeyd etmək lazımdır ki, bu təpəlik barədə Əl-Müqəddəsinin məlumatı diqqəti cəlb etmişdir:


"Qəbələ möhkəmləndirilmiş şəərdir,çay onun divarlarının arxasından axır.Cümə məscidi şəhərdən kənarda ,bir təpənin üstündə yerləşir."


Bu məlumatda əvvəla şəhərdən kənarda təpəliyin olası qeyd edilir.Sonra şəhərin ən böyük ictimai binası Cümə məscidinin məhz həmin təpənin üstündə yerləşməsi göstərilir.Hal hazırda qala divarlarından kənarda Kamaltəpədən başqa təpə yoxdur.Bu fakt Kamaltəpənin məhz Əl-Müqəddəsinin qeyd etdiyi təpəlik olduğunu düşünməyə imkan verir.


Kamaltəpə əslində üç hissədən ibarətdir.Müdafiə xəndəyini xatırladan çökəkliklər bu hissələri bir-birindən ayırır.Kamaltəpəyə qalxmaq üçün Şimal və Cənub tərəfdən yol yerləri var.


1977-ci ildə təsərrüfat işləri zamanı Kamaltəpənin üst qatı dağıdılmışdır.Bu zaman burada kvadrta formalı bişmiş kərpicdən qurulmuş müsəlman qəbirləri,iri ölçülü yonma puc (şirim) daşdan kirəc məhlulu ilə hörülmüş böyük bir tikintinin divar qalığı və çoxlu inşaat materialı töküntüləri üzə çıxarılmışdır.İ.Əliyev qeyd edir ki,Kamaltəpədən tapılan arxeolji materialları Əl-Müqəddəsinin verdiyi məlumatla müqəyisə etsək onda deyə bilərik ki,orta əsrlərdə Qəbələnnin Cümə məscidi məhz Kamaltəpənin üstündə yerləşmişdir.



Bayır şəhər |


1977-ci ildə Kamaltəpənin Cənub ətəyi meşə örtüyündən təmizlənən zaman,buradan da yaşayış yeri xarabalığı üzə çıxmışdır.Bu xarabalıq təxminən 10 hektarlıq bir ərazini əhatə edir.Onun Şimal kənarında Kamaltəpə və Qalanın Cənub divarları yerləşir.Qərb tərəfdən axan Qaraçay isə yüşüyış yerinin xeyli hissəini yuyub aparmışdır.Cənub tərəfdən Kamaltəpəyə qalxan köhnə yol yeri də var.Yeni aşkar edilən yaşayış yeri xarabalığı,Qalanın Cənub divarından bayır tərəfdə yerəşdiyi üçün onu şərti olaraq Bayır şəhər adlandırırlar.XIX əsrn 40-cı illərində Qəbələ şəhər xarabalığını nəzərdən keçirən A.Yanovski Bayır şəhər abidəsi üçün elmi əhəmiyyəti olan şifahi məlumat toplaya bilmişdir.Onun əldə etdiyi məlumata görə,şəhər xarabalığa çevriləndən sonra Qalanın Cənub ətəyində (yerli əhalinin dili ilə desək Çuxurda) yaşayış davam edirdi.O zaman artıq əhali bu yeri Qəbələ deyil,yerin təbii-coğrafi quruluşuna görə Çuxur-Qəbələ adlandırırdı.Sonralar Qaraçay vaxtaşırı sel gətirdiyindən əhali bu yeri tərk edərək indiki Çuxur-Qəbələ kəndinin yerinə köç etmişdir.Yuxarıda qeyd edilənlərdən sonra demək olar ki,Bayır şəhər orta əsr Qəbələsinin ayrılmaz hissəsi olmuşdur.Bayır şəhərdə arxeolojiqazıntılar nəticəsində məlum olmuşdur ki,burada evlər cərgə üsulu ilə tikilmişdir.Məlum məsələdir ki,kənd evləri belə sıx tikilə bilməz.Bu arxeoloji dəlil həmin abidənin şəhər tipli yaşayış yeri olduğunu söyləməyə imkan verir.



Güllü qoruq (Çaqqallı) |


Qəbələ şəhər xarabalığından 3–4 km Şərqdə yerləşir. Onun Şimal tərəfini indiki Tövlə kəndi ilə qoruq arasındakı meşəlik,Cənub tərəfini isə süni torpaq sədd və böyük bir əkin sahəsi,Qərb tərəfini Covurlu çay,Şərq tərəfini Qocalan çay sərhədləndirir.Covurlu çay Güllü qoruq ilə Qəbələ şəhər xarabalığı arasında təxminən 2 km enində eyni adlı dərədən axır.


İndiki zamanda Güllü qoruq 50 hektaradək sahəsi olan əkin yeridir.Əkin sahəsinə çevrilməzdən əvvəl burada yastı təpələr,qədim qəbristanlıq,pir yerləri və həddindən artıq cırlaşmış qızılgül kolları olmuşdur.Məhz qızılgül kollarına görə yerli əhali buranın bir hissəsini Güllü qoruq adlandırmışdır.Bu qoruq yararlı əkin sahəsinə çevrildikdən sonra kəsəyənlə qidalanmaq üçün bura çoxlu çaqqal gəldiyinə görə yerli əhali buranı eyni zamanda Çaqqallı tala da adlandırmağa başlamışdı.1959-u ildə Güllü qoruqda təsərrüfat işləri zamanı buradakı yastı təpəlrdən biri dağıdılmışdır.Təpəliyin altından üzə çıxabğn çoxlu miqdarda kirəmit qırıqlar və daş sütun altlıqları diqqəti cəlb etmişdir.Ona görə də Qəbələ arxeoloji ekspedisiyası 1959-cu ildən etibarən Güllü qoruq ərazisini də öyrənməyə başladı.Buradakı arxeoloji qazıntılar genişləndirildikdən sonra daş möhür,çiy kərpicdən divar qalıqları və s. maddi mədəniyyət qalıqları tapılmışdır.Burada 500 kv metrdən artıq bir ərazini əhatə edən nəhəng saray binasının qalıqları və çoxlu sütun altlıqları aşkarlanmışdır.Tədqiqatçıların əksəriyyəti bu abidənin Qəbələ şəhər xarabalğna yaxın məsafədə yerləşməsini nəzərə alaraq onu qədim dövrdə Qəbələnin məbud sahəsi və bazar meydanının yerləşdiyi ərazi hesab edirlər və burada e.ə. I minilliyin təxminən ortalarından başlayaraq eramzın I minilliyinin axırlarına qədər şəhərtipli yaşayış yeri olduğunu bildirirlər.


Qeyd etmək lazımdır ki,Qəbələ şəhər xarabalığının yaxın ətrafında Çaqqallı abidəsindən başqa Seyidtala,Uzuntala,Qaratəpə kimi qədim yaşayış yerləri də vardır.Bu abidələr heç şübhəsiz,qədim Qəbələnin həmdövr yaşayış yerləridir.



Həmçinin bax |


  • Qafqaz Albaniyası

  • Qafqaz albanları

  • Alban memarlığı


İstinadlar |



  1. Алиев И., Гадиров Ф. Кабала. Баку, 1986


  2. Бабаев И.А., Ахмедов Г.М. Кабала. Баку, 1980


  3. Гадиров Ф.В. О поселении античного периода, выявленного в Кабалинском магале.//ИАН АзССР, серия истории, философии, права, 1978, № 2.


  4. Гадиров Ф.В. Работы 1975 года на городище Кабала (Сельбире). АЭИА в 1975 г. Баку, 1978.


  5. Казиев С.М. Первые итоги археологических разведок и раскопок в городище Кабала. МКА, VI, 1965


  6. Qazıyev S.M. Qəbələ şəhərinin tarixi-arxeoloji tədqiqi. MKA, V, Bakı, 1964


  7. Qazıyev S.M. Qəbələ mahalının qədim tarixindən. VİKA, Bakı, 1962


Ədəbiyyat |


  1. Rəşid Göyüşov. Azərbaycan arxeologiyas, Bakı, 1986.

  2. İ.Əliyev, F.Qədirov. Qəbələ şəhər xarabalığının arxoloji tədqiqinə dair, Azərbayan abidələri dərgisi, I sayı, Bakı, 1984


Popular posts from this blog

Canceling a color specificationRandomly assigning color to Graphics3D objects?Default color for Filling in Mathematica 9Coloring specific elements of sets with a prime modified order in an array plotHow to pick a color differing significantly from the colors already in a given color list?Detection of the text colorColor numbers based on their valueCan color schemes for use with ColorData include opacity specification?My dynamic color schemes

Invision Community Contents History See also References External links Navigation menuProprietaryinvisioncommunity.comIPS Community ForumsIPS Community Forumsthis blog entry"License Changes, IP.Board 3.4, and the Future""Interview -- Matt Mecham of Ibforums""CEO Invision Power Board, Matt Mecham Is a Liar, Thief!"IPB License Explanation 1.3, 1.3.1, 2.0, and 2.1ArchivedSecurity Fixes, Updates And Enhancements For IPB 1.3.1Archived"New Demo Accounts - Invision Power Services"the original"New Default Skin"the original"Invision Power Board 3.0.0 and Applications Released"the original"Archived copy"the original"Perpetual licenses being done away with""Release Notes - Invision Power Services""Introducing: IPS Community Suite 4!"Invision Community Release Notes

199年 目錄 大件事 到箇年出世嗰人 到箇年死嗰人 節慶、風俗習慣 導覽選單