Skip to main content

Otto fon Bismark Mündəricat Həyatı | Siyasi fəaliyyəti | Şöhrəti | Bismarka aid edilən məşhur deyimlər | Maraqlı faktlar | Qalereya | Ədəbiyyat | Tarixi ədəbiyyat və memuarlar | Əsas mənbələr | İstinadlar | Həmçinin bax | Xarici keçidlər | Naviqasiya menyusuonline editionexcerpt and text searchonline editionin JSTORexcerpt and text searchonline at ACLS e-booksin JSTORin JSTORin JSTORin JSTORonline edition"Thoughts and Reminiscences" by Otto von Bismarck Vol. I"Thoughts and Reminiscences" by Otto von Bismarck Vol. IIBismarks Memoirs Vol. II.The correspondence of William I. and Bismarck: with other letters from and to Prince Bismarck ed Ford (1903) Bismarck Mausoleum zu FriedrichsruhBISMARCKvon BISMARCK, Ottobrainyquote.comBismarck World History DatabaseLife of Otto von BismarckGedanken und Erinnerungen "Thoughts and Reminiscences" by Otto von Bismarck Vol. IGedanken und Erinnerungen "Thoughts and Reminiscences" by Otto von Bismarck Vol. IIBismarck's Memoirs Vol. II. In English at archive.orgComplete German text of Bismarck's autobiographyThe correspondence of William I. and Bismarck: with other letters from and to Prince Bismarck at archive.orgThe Kaiser vs. Bismarck: suppressed letters by the Kaiser and new chapters from the autobiography of the Iron Chancellor at archive.orgBismarck: his authentic biography. Including many of his private letters and personal memoranda at archive.orgThe love letters of Bismarck; being letters to his fiancée and wife, 1846–1889; authorized by Prince Herbert von Bismarck and translated from the German under the supervision of Charlton T. Lewis at archive.orgPrince Bismarck's Letters to His Wife, His Sister, and Others, from 1844–1870Rede des Reichskanzlers Fürsten Bismarck über das Bündniss zwischen Deutschland und Oesterreich Speech of Reich Chancellor Prince Bismarck on the League between Germany and Austria Oct. 7 1879Otto fon Bismark

Vikipediya:Vikiləşdiriləcək məqalələrVikipediya:Mənbəsiz məqalələr1 apreldə doğulanlar1815-ci ildə doğulanlar30 iyulda vəfat edənlər1898-ci ildə vəfat edənlərAlmaniyada dəfn olunanlarI dərəcəli Dəmir xaç ordeninin kavalerləriII dərəcəli Dəmir xaç ordeninin kavalerləriPour le Mérite ordeninin kavalerləriDövlət xadimləriAlmaniya hərbçiləriAlmaniya siyasətçiləriAlman siyasətçilərPrussiya baş nazirləriAlmaniyada doğulanlarAlmaniyada vəfat edənlər


alm.1 aprel181530 iyul1898almanXIX əsr18621890PrussiyanınAlmaniyanın birləşməsi1867Şimali Alman İttifaqının1871Almaniya İmperiyasınınkanslerigeneral-feldmarşalgeneral-polkovnik1815aprel ayının 1-dəBerlinPrussiyaBrandenburqdaŞönhauzendəSaksoniya-Anhalt torpağı1771184517901839HinterpommerndəNauqardPrussiyaUilyam ŞekspirdənCorc Bayrondan18221827Berlindəki1827183018321832GettingendəkiGeorq Avqust Gettingen Universitetində1833Berlin Universitetində18351838Hinterpommernlüteran28 iyul18471848192618491904185219011847landtaqına11 may1847IV Fridrix VilhelmdənŞərqi Prussiyaya184718131848parlament26 fevral1849avqustun 7-dəAvstriyaPrussiyaPrussiyaAvstriyaIV Fridrix VilhelmKlement MetternixRusiyaFransa1850Krım müharibəsi4 aprel1857III Napoleonla1858IV Fridrix VilhelmI VilhelmregentBöyük BritaniyanınViktoriyanınLombardiyadan1861İngiltərəyəI Vilhelmləkansler1848-ci il inqilabının1849IV Fridrix Vilhelmə18541855Krım müharibəsi1859Almaniya İmperiyası30 sentyabr18621848184918631864Şlezviq və Qolşteyn20 avqust18651866Venesiyanı18661866HessenNassauHannoverFrankfurtŞimali Alman İttifaqıI Vilhelmgeneral-mayoru1870Fransa-Prussiya müharibəsiSedan yaxınlığındakı məğlubiyyətIII Napoleonun1866Hannover krallığını18681870ViktoriyanınElzas-LotaringiyadaKatoliklərBavariyadaPapa IX PiyreyxstaqdaBerlin konqresi18731872Qorçakov18791882Üçlər ittifaqı18811884AlmaniyaAfrikadaİngiltərə188718901888martın 9III Fridrixiyunun 15II Vilhelm20 mart1890II VilhelmHamburq1884189830 iyuldaalmanAlmaniyanınkonsensusaAlmaniyaAlmaniyaII VilhelminAlmaniyamüharibəyəBismarkınAvropadaAlmaniyanın2005BismarkalmanlarVikianbarda










(function()var node=document.getElementById("mw-dismissablenotice-anonplace");if(node)node.outerHTML="u003Cdiv class="mw-dismissable-notice"u003Eu003Cdiv class="mw-dismissable-notice-close"u003E[u003Ca tabindex="0" role="button"u003Egizləu003C/au003E]u003C/divu003Eu003Cdiv class="mw-dismissable-notice-body"u003Eu003Cdiv id="localNotice" lang="az" dir="ltr"u003Eu003Ccenteru003Enu003Ctableu003Enu003Ctbodyu003Eu003Ctru003Enu003Ctd align="center"u003Eu003Cdiv style="padding:1em 1em 1em 1em; font-size:90%; border:1px solid #BFB6A3; background-color:White"u003Enu003Cdiv class="floatleft"u003Eu003Ca href="/wiki/Vikipediya:Asiya_ay%C4%B1_2019" title="Asiya ayı 2019"u003Eu003Cimg alt="Asiya ayı 2019" src="//upload.wikimedia.org/wikipedia/commons/thumb/7/71/Wikipedia_Asian_Month_Logo.svg/60px-Wikipedia_Asian_Month_Logo.svg.png" decoding="async" width="60" height="65" srcset="//upload.wikimedia.org/wikipedia/commons/thumb/7/71/Wikipedia_Asian_Month_Logo.svg/90px-Wikipedia_Asian_Month_Logo.svg.png 1.5x, //upload.wikimedia.org/wikipedia/commons/thumb/7/71/Wikipedia_Asian_Month_Logo.svg/120px-Wikipedia_Asian_Month_Logo.svg.png 2x" data-file-width="512" data-file-height="555" /u003Eu003C/au003Eu003C/divu003Enu003Ca href="https://meta.wikimedia.org/wiki/Azerbaijani_Wikimedians_User_Group/az" class="extiw" title="meta:Azerbaijani Wikimedians User Group/az"u003E"Azərbaycan vikimediaçıları" istifadəçi qrupuu003C/au003E 1 noyabr - 7 dekbar 2019-cu il tarixlərində istifadəçiləri u003Ca href="/wiki/Vikipediya:Asiya_ay%C4%B1_2019" title="Vikipediya:Asiya ayı 2019"u003Eu003Cbu003EAsiya ayıu003C/bu003Eu003C/au003E beynəlxalq məqalə müsabiqəsində iştiraka dəvət edir.u003Cbr /u003ESiz də qoşulun və töhfənizi verin!u003Cbr /u003Eu003Cbu003EƏtraflı:u003C/bu003E u003Ca href="/wiki/Vikipediya:Asiya_ay%C4%B1_2019" title="Vikipediya:Asiya ayı 2019"u003EAsiya ayı 2019u003C/au003Eu003C/divu003Enu003C/tdu003Eu003C/tru003Eu003C/tbodyu003Eu003C/tableu003Enu003C/centeru003Enu003Ccenteru003Enu003Ctableu003Enu003Ctbodyu003Eu003Ctru003Enu003Ctd align="center"u003Eu003Cdiv style="padding:1em 1em 1em 1em; font-size:90%; border:1px solid #BFB6A3; background-color:White"u003Enu003Cdiv class="floatleft"u003Eu003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Skandinaviya_ay%C4%B1" title="Skandinaviya ayı"u003Eu003Cimg alt="Skandinaviya ayı" src="//upload.wikimedia.org/wikipedia/commons/thumb/7/78/Skandinavism.jpg/45px-Skandinavism.jpg" decoding="async" width="45" height="65" srcset="//upload.wikimedia.org/wikipedia/commons/thumb/7/78/Skandinavism.jpg/68px-Skandinavism.jpg 1.5x, //upload.wikimedia.org/wikipedia/commons/thumb/7/78/Skandinavism.jpg/90px-Skandinavism.jpg 2x" data-file-width="444" data-file-height="640" /u003Eu003C/au003Eu003C/divu003Enu003Ca href="https://meta.wikimedia.org/wiki/Azerbaijani_Wikimedians_User_Group/az" class="extiw" title="meta:Azerbaijani Wikimedians User Group/az"u003E"Azərbaycan vikimediaçıları" istifadəçi qrupuu003C/au003E 1 dekabr - 31 dekbar 2019-cu il tarixlərində istifadəçiləri u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Skandinaviya_ay%C4%B1" title="Vikipediya:Mövzulu ay/Skandinaviya ayı"u003Eu003Cbu003ESkandinaviya ayıu003C/bu003Eu003C/au003E məqalə müsabiqəsində iştiraka dəvət edir.u003Cbr /u003ESiz də qoşulun və töhfənizi verin!u003Cbr /u003Eu003Cbu003EƏtraflı:u003C/bu003E u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Skandinaviya_ay%C4%B1" title="Vikipediya:Mövzulu ay/Skandinaviya ayı"u003ESkandinaviya ayıu003C/au003Eu003C/divu003Enu003C/tdu003Eu003C/tru003Eu003C/tbodyu003Eu003C/tableu003Enu003C/centeru003Eu003C/divu003Eu003C/divu003Eu003C/divu003E";());




Otto fon Bismark




Vikipediya, azad ensiklopediya






Jump to navigation
Jump to search































































Otto fon Bismark
alm. Otto von Bismarck
Bundesarchiv Bild 183-R13234, Otto von Bismarck.jpgOtto fon Bismark hərbi geyimdə, 18 may 1889





bayraq
Almaniyanın 1-ci kansleri

21 mart 1871 — 20 mart 1890
Monarx
I Vilhelm (1871-1888)
III Fridrix (1888)
II Vilhelm (1888-1890)
XələfiLeo fon Kaprivi



Prussiyanın 9-cu Nazir-prezidenti

23 sentyabr 1862 — 1 yanvar 1873
MonarxI Vilhelm
SələfiAdolf Hohenloh-İngelfingen
XələfiAlbrext fon Run



Prussiyanın 11-ci Nazir-prezidenti

9 noyabr 1873 — 20 mart 1890
Monarx
I Vilhelm (1871-1888)
III Fridrix (1888)
II Vilhelm (1888-1890)
SələfiAlbrext fon Run
XələfiLeo fon Kaprivi



Şimali Alman İttifaqının federal kansleri

1867 — 1871
PrezidentI Vilhelm



Prussiyanın 23-cü xarici işlər naziri

1862 — 1890
Monarx
I Vilhelm (1871-1888)
III Fridrix (1888)
II Vilhelm (1888-1890)
SələfiAlbrext fon Bernştorf
XələfiLeo fon Kaprivi
Şəxsi məlumatlar
Təhsili
Göttingen Universiteti
Doğum tarixi
1 aprel 1815(1815-04-01)
Doğum yeri
Şönhauzen, Prussiya
Vəfat tarixi
30 iyul 1898 (83 yaşında)
Vəfat yeri
Fridrixsru, Almaniya İmperiyası Almaniya İmperiyası
Dəfn yeri
  • Bismarck Mausoleum[d][1]
Atası
Karl Vilhelm Ferdinand fon Bismark
Anası
Vilhelmina Luiza Menke
Həyat yoldaşı
İohanna fon Puttkamer
Uşaqları
Herbert
Vilhelm
Meri
Hərbi xidmət
Rütbəsi
general-polkovnik
Döyüşlər
  • Fransa-Prussiya müharibəsi


Mükafatları
I dərəcəli Dəmir xaç ordeniII dərəcəli Dəmir xaç ordeniPour le Mérite

Autograph-OttoBismarck.png
Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar

Otto Eduard Leopold fon Bismark-Şönhauzen (alm. Otto Eduard Leopold von Bismarck-Schönhausen‎; 1 aprel 1815 – 30 iyul 1898) — görkəmli alman dövlət xadimi və XIX əsr dünya siyasətinə ciddi təsir etmiş şəxs. 1862-1890-cı illərdə Prussiyanın əvvəlcə nazir-prezidenti (Ministerpräsident) olmuş, sonra isə kansleri kimi Almaniyanın birləşməsi məsələsi ilə məşğul olmuşdur.


1867-ci ildə Şimali Alman İttifaqının, 1871-ci ildə isə birləşmiş Almaniya İmperiyasının ilk kansleri olmuş və yeni dövlətin möhkəmlənməsi üçün mühüm işlər görmüşdür. Bismark Şönhauzen qrafı, Lauenburq hersoqu, Bismark şahzadəsi titullarını daşımış, general-feldmarşal statusunda general-polkovnik rütbəsinə layiq görülmüşdür. Sərt diplomatiyası və güclü idarəçiliyinə görə ona "dəmir kansler" ləqəbi vermişlər.




Mündəricat





  • 1 Həyatı

    • 1.1 Uşaqlığı


    • 1.2 Universitet illəri və əmək fəaliyyəti



  • 2 Siyasi fəaliyyəti

    • 2.1 İlkin siyasi fəaliyyəti


    • 2.2 Prussiya 1848-ci il hadisələrində


    • 2.3 Prussiya konstitusiyalı monarxiya kimi


    • 2.4 Böyük siyasətin ilk pilləsində


    • 2.5 Kralın diqqətində


    • 2.6 Prussiyanın nazir-prezidenti (baş nazir) kimi


    • 2.7 Almaniyanın birləşməsinə hazırlığı


    • 2.8 Danimarka və Avstriya-Macarıstanın məğlubiyyəti


    • 2.9 Avropa hədəfləri


    • 2.10 Almaniyanın birləşdirilməsi


    • 2.11 Katolik müxalifəti ilə mübarizəsi


    • 2.12 Sosialist hərəkatı ilə mübarizəsi


    • 2.13 Yeni situasiyada fəaliyyəti


    • 2.14 1880-cı illərdə çətinlikləri



  • 3 Şöhrəti


  • 4 Bismarka aid edilən məşhur deyimlər


  • 5 Maraqlı faktlar


  • 6 Qalereya


  • 7 Ədəbiyyat


  • 8 Tarixi ədəbiyyat və memuarlar


  • 9 Əsas mənbələr


  • 10 İstinadlar


  • 11 Həmçinin bax


  • 12 Xarici keçidlər




Həyatı |



Uşaqlığı |




Bismark on bir yaşında (1826)


Otto fon Bismark 1815-ci il aprel ayının 1-də Berlindən qərbdə yerləşən Prussiya əyaləti olan Brandenburqda yerləşən Şönhauzendə (indiki Saksoniya-Anhalt torpağı) Karl Vilhelm Ferdinand fon Bismark (1771-1845) və Vilhelmina Luiza Menkenin (1790-1839) kiçik zadəgan ailəsində dünyaya gəlmişdir. Ailənin ikinci oğlan uşağı olan Otto öz uşaqlıq illərinin ilk vaxtlarını Hinterpommerndə Nauqard şəhərində keçirmişdir.


Atası Karl Vilhelm Ferdinand fon Bismark mülkiyyətçi və Prussiya ordusunun keçmiş zabiti, anası Luiza Menke Berlin hökumətində yüksək vəzifəli məmurun qızı idi.


Valideynlərinin fərqli sosial təbəqələrdən çıxmaları Ottonun həyatına böyük təsir göstərmişdir. O fiziki cəhətdən atasına çəkmiş, onun kimi zabit olmuş, atasının mənşəyinə görə qürur duymuşdur. Anasından isə yalnız iti düşüncəni yox, həm də rasionallığı və danışıq həssaslığını götürmüşdür. Onun kiçik zadəganlara xas olmayan yüksək təhsil ala bilməsi anasının sayəsində baş vermişdir. Otto təbəqəsinə xas olmayan yüksək intellektə və düşüncə tərzinə malik olmuşdur. O, ingiliscə yazır və oxuyur,[2] polyakca danışır, fransızca[2] və rusca sərbəst bilirdi.[3] Otto həyat yoldaşına məktublarında Uilyam Şekspirdən və Corc Bayrondan sitatlar gətirirdi.


Kadetlər məktəbində oxumaq əvəzinə o, 1822–1827-ci illərdə Berlindəki, yüksək vəzifəli şəxslərin övladlarının təhsil aldığı "Plamann" internatına gedir. 1827-ci ildə isə Fridrix Vilhelm gimnaziyasına keçir. 1830-1832-ci illərdə təhsilini Berlindəki humanitar gimnaziyada davam etdirir. Məktəbdə Bismarkın natiqlik məharəti ilə fərqləndiyi bildirilirdi.



Universitet illəri və əmək fəaliyyəti |




Otto fon Bismark (1836)


Orta məktəbi bitirdikdən sonra 1832-ci ildə 17 yaşlı Bismark Gettingendəki Georq Avqust Gettingen Universitetində hüqüq elmini öyrənir. O, tarix və ədəbiyyatla ciddi maraqlansa da, təhsildə cox zəif idi. Həmin dövrdə o tez-tez duellərdə iştirak edirdi. Duellərdən birində üzündən yaralanmışdı. Bu müddətdə onu maraqlandıran şəxslər – mühazirə zamanı beynəlxalq dövlət sistemlərinin fəaliyyət prinsiplərinin eskizlərini quran, tarix müəllimi Arnold Lüdviq Heeren və şəxsi münasibətlər yaratdığı amerikalı tələbə Con Lotrop Motley idi. Bismark Motleylə həyatının sonuna kimi dost olmuşdur. Motley sonradan məşhur tarixçi və diplomat olmuş və Bismarkın obrazını "Mortonun ümidləri və əyalətdən çıxanın xatirələri" (1839) romanında yaratmışdır.


Gettingen Universitetindəki təhsilini yarımçıq qoyan Bismark 1833-cü ildən öz təhsilini Berlin Universitetində davam etdirir. 1835-ci ildə o, burada dövlət imtahanı verərək təhsilini başa vurur. Diplomat olmaq arzusuna baxmayaraq Berlin və Potsdam məhkəmələrində vəkillik edir. Sonralar imtahan verərək ədliyyə və idarəçilik xidmətinə keçir və Aaxendə hökumət referenti kimi çalışır.


Bismark 1838-ci ildə könüllü olaraq bir il hərbi xidmətə gedir. O, yeger qvardiya batalyonunda zabit rütbəsinə qədər qalxır. Ancaq anasının xəstəliyi onu xidmətini yarımçıq qoymağa məcbur edir. 1939-cu ildə anasının vəfatından sonra isə o artıq valideynlərindən qalan təsərrüfata rəhbərlik etməyə məcbur olur. Hinterpommern əyalətində məskunlaşan Bismark öz gəlirini artırmaq üzərində düşünür və öz nəzəri bilikləri və praktik fəaliyyəti ilə tezliklə qonşularının hörmətini qazanır.


Berlində təhsilini başa vurmuş kiçik bacısı Malvina ilə Ottonun arasında mənəvi yaxınlaşma baş verir. Onlar bir-birini gözəl başa düşürlər. Otto öz bacısını dostu Arminlə tanış edir və onlar bir ildən sonra evlənirlər.


Onun həyatı təqribən otuz yaşında dostunun həyat yoldaşı Mari fon Taddenlə yaranmış dostluqdan sonra kəskin dəyişir. Onun təsiri ilə o lüteran kilsəsinə inanc gətirir və ilk dəfə dua edir. Marinin vasitəsi ilə onun əmisi qızı, gələcək həyat yoldaşı İohanna fon Puttkamer ilə tanış olur. 28 iyul 1847-ci ildə onlar evlənirlər. Bu nigahdan onların üç uşağı olur: Mariya (1848–1926), Herbert (1849–1904) və Vilhelm (1852–1901). İohanna utancaq və dindar qadın idi, o öz həyatını tamamilə Bismarka uyğunlaşdırır və ona anasından almadığı emosional istiliyi bəxş edir. Onların bir-birinə yazdıqları məktublar XIX əsr məktub ədəbiyyatının incilərindən sayılır. Ottonun həyat yoldaşı İohanna və bacısı Malvin həyatı boyu ona daima dəstək olmuşlar.



Siyasi fəaliyyəti |



İlkin siyasi fəaliyyəti |




Bismark və Prussiya kralı IV Fridrix Vilhelm


1847-ci ildə 32 yaşında Bismark ilk dəfə olaraq yeni yaradılmış Prussiya landtaqına deputat seçilmək arzusuna düşür. O bunun üçün hətta toyunu da müvəqqəti olaraq təxirə salır və 11 may 1847-ci ildə parlamentə seçilir. Həmin dövrdə liberallar və kral hakimiyyətini dəstəkləyən konservativ qüvvələr arasında qarşıdurma yaşanırdı. Liberallar IV Fridrix Vilhelmdən konstitusiya və böyük vətəndaş azadlıqları tələb edirdilər, kral isə bu məsələdə tələsmirdi. Ona Berlindən Şərqi Prussiyaya dəmir yolu çəkmək üçün maliyyə vəsaiti lazım idi. Məhz bu məqsədlə o, 1847-ci ilin aprelində səkkiz əyalətin parlamentlərindən ibarət olan birləşmiş parlament yaratdı.


Landtaqda iştirak etdiyi ilk gündən Bismark qalmaqallarla yadda qalır. O, çıxışı zamanı liberal deputatın 1813-cü ildəki azadlıq müharibəsinin konstitusiyaya uyğun olması barədə fikirlərini inkar etməyə cəhd edir. O açıq şəkildə monarxın ilahi qüvvə tərəfindən hakimiyyətə malik olması barədə çıxışlar edir.


Bir ay sonra o daha da aqressiv tonda çıxışlar edir və mətbuat ona liberalların əsas nümayəndəsi olan Georq fon Finkeyə qarşı çıxışlarına görə "Finkenin təqibçisi" ləqəbini verir. Ölkədə inqilab əhval ruhiyyəsi yetişməyə başlayır. Bu, əsasən ərzaq məhsullarının qiymətlərinin artması ilə əlaqədar şəhər əhalisi arasında yaranan narazılıqlarla bağlı idi. Həmin gərgin siyasi şəraitdə nəhayət ki, Otto fon Bismark və nişanlısı Yohanna Puttkamer evlənirlər.



Prussiya 1848-ci il hadisələrində |


1848-ci ilin martında bütün Avropa kimi Prussiyanı da inqilab dalğası bürüyür – Fransa, Almaniya və Avstriyada iğtişaşlar baş verir. Prussiyada da vətənpərvər liberalların təzyiqi altında baş verən inqilabda Almaniyanın birləşməsi, konstitusiyanın qəbul edilməsi tələb olunurdu. Prussiya kralı IV Fridrix Vilhelm əvvəl inqilabdan qorxaraq, Berlinə qoşun yeritmək və təhlükəsizlik üçün Potsdama köçmək istəsə də sonradan sakitləşir və liberallara geniş güzəştlər vəd edir. Konstitusiya qəbul edilməsinə söz verir, vahid alman dövləti arzusunu bildirir, hətta inqilabçıların qara-qırmızı-qızılı rəngində paltar da geyinir. Baş nazir postuna isə liberal Ludolf Camı təyin edir. Bismark o dövrdə güzəştə gedən monarxın qərarlarından məyus olur.


Malik olduğu reputasiyaya görə Bismarkın yeni yaradılan və kişi əhalisinin səsləri ilə seçilən Prussiya milli məclisinə düşmək şansları azalır. Bismark yunkerlərin ənənəvi hüquqlarının azalmasına görə narahatçılıq keçirirdi, lakin sonradan o qəbul edir ki, inqilab görünən qədər də qorxulu deyildir. Ona geriyə, kənd təsərrüfatına qayıtmaq və yeni konservativ "Kroytssaytunq" qəzetində məqalələr yazmaqdan başqa çarə qalmır.


Liberal hərəkat daxili çəkişmələr hesabına 1848-ci ilin axırına zəifləməyə başlayır, mühafizəkarlar isə əksinə kral ətrafında birləşə bilirlər. Bunun məntiqi nəticəsi kimi 1848-ci ildə əksinqilabi çevriliş baş verir. Kral parlamenti buraxır və Berlinə qoşun yeridir. Bu çevrilişdə Bismarkın əhəmiyyətli roluna baxmayaraq kral ona nazir postu vermir.


Bismark əvvəl kəndlilərini orduya yazdırmaq istəyir, sonra isə orduya ərzaq yardımı təklif edir. Eyni zamanda onun kral ailəsi ilə isti münasibətləri yaranmağa başlayır. O hətta kralla onun münasibətləri pis olan qardaşı arasında münasibətləri də düzəltməyə çalışır.



Prussiya konstitusiyalı monarxiya kimi |


Tezliklə inqilabçıların bütün istəklərini əks etdirməsə də konstitusiya qəbul edilir və iki pilləli parlament yaradılır. Kral fövqəladə sərəncamlarla ölkədə siyasi vəziyyəti idarə etmək hüququnu özündə saxlayırdı. Bu konstitusiya liberalların gözləntilərini doğrultmasa da, Bismark onu çox mütərəqqi hesab edirdi. O vəziyyətlə razılaşır və parlamentin aşağı palatasına düşməyə çalışır. Çətinliklə də olsa ona seçkidə qalib gəlmək nəsib olur. O 26 fevral 1849-cu ildə yenidən deputat yerini tutur.


Burada Bismark Almaniyanın birləşməsinin əleyhinə çıxır, bildirir ki, bu Prussiyanın proseslərdə müstəqil hərəkətinə mane olacaq. Parlament kral tərəfindən yenidən buraxıldıqdan sonra Bismarkın təkrar seçilmə şansı azalır. Lakin seçki sistemində edilən dəyişikliklər ona bu dəfə də parlamentə düşməyə imkan verir və avqustun 7-də o yenidən deputat seçilir.


Bir müddət sonra Avstriya və Prussiya arasında yaranan ərazi münaqişəsi irimiqyaslı müharibəyə çevrilmək təhlükəsi yaradır. Erfurt ətrafında baş verən qarşıdurma nəticəsində Prussiya Avstriyadan əl çəkməsini nəzərdə tutan "Olm müqaviləsini" imzalayır.


Bununla da Prussiyanın rəhbərliyi ilə Almaniyanın birləşməsi planı baş tutmur. Bismark bu müqaviləni dəstəkləyir, çünki hesab edir ki, həmin ərəfədə Almaniyanın müharibədə qalib gəlmək şansı aşağı idi.




Bismark haqqında dövründəki karikatura: "Divar daşdandır. Mənim alnım isə dəmirdən deyil. Elə isə alnımı ora niyə vurmalıyam ?"[4]



Böyük siyasətin ilk pilləsində |


1851-ci ildə diqqəti çəkən Bismark IV Fridrix Vilhelm tərəfindən Frankfurt lantaqında (parlamenrində) Prussiyanın rəhbərlik etdiyi Alman İttifaqının təmsilçisi təyin edilir. Bismark Lantaqdakı deputat yerindən imtina etsə də kral tərəfindən Prussiya lordlar palatasının üzvü təyin edilir. Frankfurtda o tez-tez Avstriya nümayəndəsi qraf Tunla polemikalara girməli olur. O bu vəzifədə olarkən 38 il ərzində Avstriyanın xarici işlər naziri olmuş, nüfuzlu siyasətçi Klement Metternix ilə tanış olur.


Bismarkın Frankfurtda keçirdiyi səkkiz il onun siyasi baxışlarına ciddi təsir edir. Bunlar onun Berlinə nazirliyə göndərdiyi çoxsaylı memarandumlarda özünü açıq göstərir. O tədricən irticaçı fikirlərindən əl çəkir, praqmatikliyə üstünlük verir. O Prussiyanın digər alman dövlətləri ilə ittifaqının vacibliyini başa düşür, vahid alman xalqı ideyası onu cəlb edir.


Bismark səlahiyyətləri daxilində Prussiyanın Rusiya və Fransa ilə yaxşı münasibətlərinin olmasına çalışır. Onun uzaqgörənliyi sonradan özünü dəfələrlə göstərir. Bu məqamların unudulması 1871-ci ildə Fransanın Almaniya ilə düşmənçiliyinə, 1890-cı illərdə isə Fransanın Rusiya ilə Almaniya əleyhinə birləşməsinə səbəb olur.


1850-ci illərdə Krım müharibəsi zamanı Bismark Prussiyanın izolyasiyasından dəhşətə gəlir. Onun ölkəsi Paris sülh müzakirələrinə dəvət edilmir. O Avstriyanın Almaniyanı Rusiyaya qarşı müharibəyə cəlb etməsinə müqavimət göstərir. O, Almaniyanın birliyinin möhkəmlənməsi və Avstriyanın dominantlığına qarşı mübarizə aparır. Ancaq alman ölkələrinin təklənməsinin qarşısının alınması üçün sonradan 1879-cu ildə Bismark Avstriya-Macarıstanla İkili Alyans yaratmalı olur.



Kralın diqqətində |




Otto fon Bismark, hərb naziri Albrext fon Run və Baş qərargah rəisi Bernhard fon Moltke (1860)


4 aprel 1857-ci ildə Bismark Fransa ilə münasibətləri yaxşılaşdırmaq məqsədi ilə Parisə yola düşür və orada kral III Napoleonla görüşür. Ancaq Prussiya kralının xəstələnməsi və Almaniyanın xarici siyasətində baş verən dəyişikliklər onun planlarını yarımçıq qoyur. 1858-ci ildə IV Fridrix Vilhelm insult keçirir və sağlamlığı ilə yanaşı əqli keyfiyyətlərini də itirir. Onun qardaşı I Vilhelm regent təyin edilir. O ilk günlərdən liberal siyasət yeritməyə başlayır. Eyni zamanda onun oğlunun Böyük Britaniyanın kraliçası Viktoriyanın qızı ilə evli olması da ölkənin xarici siyasətinə təsir edir.


O, Bismarkı Rusiyaya səfir göndərir. Bismarkın Rusiyaya səfir göndərilməsi irəliləyiş kimi də qiymətləndirilə bilərdi. Çünki, Rusiya Prussiyanın Avstriya ilə yanaşı iki qüdrətli qonşularından biri idi. Səfir postu onu Prussiyadakı proseslərdən kənarda qoyur. O Fransanın Avstriyanı Lombardiyadan sıxışdırmasını görərək, ölkəsinə Avstriya ilə sərhədlərini cənuba irəlilətməyə təklif edir. Bunun əvəzində isə Prussiya rəhbərliyi Fransanın Venesiyaya hücumunun qarşısını almaq üçün ciddi tədbirlər görür.


I Vilhelmin Bismarkdan xoşu gəlmirdi və bu səbəbdən ona general-mayor hərbi rütbəsini vermirdi. Bir qayda olaraq Prussiyaya hərbi müttəfiq olan ölkələrə göndərilən səfirlər bu rütbəni alırdılar. Çünki, onlar diplomatlardan daha çox hərbçilərlə təmasda olurdular.


Rusiyada olarkən Bismrk səhv müalicədən hətta az qala ayağını itirmək təhlükəsi yaranmışdı.


Uzun müddət xaricdə yaşamasına baxmayaraq o alman torpaqlarının daxilində gedən proseslərdən yaxşı xəbərdar idi. 1862-ci ildə isə ona Rusiya diplomatik xidmətində vəzifə də təklif etdilər, ancaq Bismark bundan imtina edir.[5] Rusiyada olarkən onun diplomat kimi formalaşmasına Rusiyanın vitse-kansleri Qorçakov çox təsir edir. Bismark onu həmişə özünün müəllimi adlandırırdı. Qorçakov da Bismarkın qabiliyyətini yüksək qiymətləndirirdi. O deyirdi: "Böyük Fridrixin zamanında Otto onun naziri ola bilərdi".[6].
1861-ci ilin yanvar ayında kral IV Fridrix Vilhelm vəfat edir və onun yerinə keçən I Vilhelm bir ildən sonra Bismarkı Parisə səfir göndərir. O imkandan istifadə edərək İngiltərəyə də səfər edir. O orada ölkənin baş naziri, xarici işlər naziri və əsas siyasətçiləri ilə görüşə bilir.



Prussiyanın nazir-prezidenti (baş nazir) kimi |





III Napoleon və Otto fon Bismark Sedan döyüşündən sonra


Bismark Parisdə çox qalmır. Berlində bu zaman yeni kral I Vilhelmlə liberal yönümlü parlament arasında vaxtaşırı münaqişə baş verir. 1862-ci ildə lantaq ordunun yenidən qurulması üçün kralın istədiyi maliyyə vəsaitini ayırmaqdan imtina edir. Kral liberallara güzəştə getməkdən imtina edir və hətta taxt-tacdan imtina edəcəyi hədəsini dilə gətirir. Bu böhranı aradan qaldırmaq üçün I Vilhelm ətrafındakı mühafizəkarlar Bismarkı ona baş nazir təyin etməyi tövsiyə edirlər. Kral onunla söhbət edir, Bismark ona sədaqətlə xidmət edəcəyini bildirir. 23 sentyabr 1862-ci ildə onu həm hökumət başçısı, həm də xarici işlər naziri təyin edirlər.


Bu zamandan etibarən Bismarkın uzun və çətin kansler fəaliyyəti dövrü başlayır. Bismark tezliklə konservativ nazirlərdən ibarət kabinet təşkil edir. Kabinet təsdiq edildikdən sonra o aşağı palatada çıxış edir və məhz bu zaman özünün məşhur "dəmir və qan" haqqındakı sözlərini dilə gətirir. O belə qənaətə gəlir ki, alman torpaqları uğrunda Prussiya Avstriya ilə rəqabətə girə bilər.



Almaniyanın birləşməsinə hazırlığı |


Almaniyanın birləşməsi hələ 1848-ci il inqilabının əsas məqsədlərindən sayılırdı. Həmin ərəfədə alman dövlətlərinin nümayəndələri görüşərək federativ dövlətin konstitusiyasını hazırlamışdılar. Federasiyanın ancaq kişilər tərəfindən seçilən parlamenti də olmalı idi. 1849-cu ilin aprelində Frankfurt parlamenti kral IV Fridrix Vilhelmə Prussiya imperatoru titulunu götürmək təklifini verdi. Ancaq kral Avstriya və Rusiyanın hərbi müdaxiləsindən və digər alman knyazlarından ehtiyatlanaraq bundan imtina etdi.


1854-1855-ci illərdəki Krım müharibəsi və 1859-cu ildə ikinci italyan müharibəsi Böyük Britaniya, Fransa, Rusiya və Fransa arsındakı müttəfiqlik münasibətlərini pozur. Bu fövqdə Almaniya İmperiyası yaradılır və bununla da Avropada yeni və nəhəng güc mərkəzi formalaşır. Bu Bismarkın diplomatiyası, hərbi nazir Runun ordunu yenidən qurması və baş qərargah rəisi Moltkenin hərbi strategiyası nəticəsində mümkün olur.





Almaniya İmperiyasının yaradılması, 18 yanvar 1871-ci il. Bismark Versal sarayında, iştirakçılar arasında (ağ paltarda)


30 sentyabr 1862-ci ildə Bismark Prussiya deputatları qarşısında tarixə düşən bir çıxış edir:[7]
"Prussiya öz hakimiyyətini əlverişli şərait üçün qoruyub saxlamalıdır. Prussiyanın sərhədləri Vyana müqaviləsinə əsasən heç də normal dövlətə uyğun deyil. Böyük məsələlər heç də 1848-ci və 1849-cu illərdə olduğu kimi adi səs çoxluğu ilə deyil, qan və dəmirlə qəbul edilməlidir."[8] Bu halda yeni kansler alman dövlətlərinin vahid dövlətdə birləşməsini nəzərdə tuturdu. Onun fikrincə Prussiya bu işdə Avstriya ilə rəqabətdə udmalı idi.


Təhlükəni hiss edən Avstriya kralı Frans-İosif Prussiya kralı Vilhelmin olduğu Qaşteynə gələrək onunla görüşmək istəyir. Bismark kralı bu görüşdən imtina etməyə inandıra bilir. Frankfurtda ənənəvi olaraq yığışan alman dövlətlərinin rəhbərləri bu qənaətə gəlirlər ki, Prussiyasız birləşmiş Almaniya mümkün deyil. Bununla da Avstriyanın alman işlərində hegemonluq iddialarına son qoyulur.[9]


İlk əvvəl kralın, kraliçanın və vəliəhdin etimadsızlığına baxmayaraq Bismark qısa müddətdə özünün məntiqi və xarizması ilə kralın hörmətini qazanır. O hər bir məsələdə kral hakimiyyətinin üstünlüyünü saxlayırdı. O kralın büdcədən istifadədə müstəqilliyinin saxlanmasının tərəfdarı idi. O bildirirdi ki, əgər Konstitusiyada parlamentin büdcəni təsdiq etmədikdə çıxış yolu göstərilməyibsə, kral büdcəni özü təsdiq edə bilər. Bu məsləhətlə 1861-ci il büdcəsində göstərilən vergi yığımı dörd il davam etdi.


Bismarkla parlamentin münaqişəsi daha da dərinləşir və 1863-cü ildə Deputatalar Palatası Bismarkla işləməyin qeyri-mümkünlüyü barədə qərar qəbul edir. Buna cavab olaraq kral parlamenti qeyri-konstitusiya hərəkətində ittiham edərək buraxır. Bismark isə mətbuat azadlığını məhdudlaşdıran sərəncam imzalayır. Onun siyasəti onun nüfuzunu aşağı salır, onun tərəfdarları 1863-cü il seçkilərində üçdə iki səs toplayan liberallara uduzurlar. Yeni tərkib deputatları dəfələrlə kraldan Bismarkı vəzifədən uzaqlaşdırmağı tələb edirlər. Ancaq o Bismarksız yeni hökumətdə liberalların üstünlük qazanacaqlarından ehtiyatlandığına görə bundan imtina edir.



Danimarka və Avstriya-Macarıstanın məğlubiyyəti |




Versalda alman Baş Qərargahının iclası. Soldan-sağa: Blyumental, vəliəhd şahzadə Fridrix, Verdi dyu Vernua, I Vilhelm, Baş Qərargah rəisi Moltke, hərbi nazir Run, Bismark


1864-cü ildə Prussiya əsasən almanların məskunlaşdığı Şlezviq və Qolşteyn əraziləri uğrunda Danimarkaya qarşı müharibəyə başlayır. Həmin ilin əvvəlində Prussiya hücuma keçərək bu torpaqları tutur.[10]20 avqust 1865-ci ildə Prussiya və Avstriya arasında bağlanan sazişə görə bu torpaqlar bölünür. Bismark isə qraf fon Bismark-Şönhauzen titulu alır. Ancaq münaqişə bununla başa çatmır. 1866-cı ildə Avstriya razılaşmadan imtina edir. Bismark vəziyyəti əlverişli hesab edərək Avstriya ilə müharibəyə hazırlaşır. O, Avstriyanın Venesiyanı tutmasından narazı olan İtaliya ilə ittifaqa girir.


Bu arada bir alman vətənpərvəri Bismarka qarşı sui-qəsd edir, ancaq ona ciddi xətər dəymir. 1866-cı ildə hər iki tərəf ordularını səfərbər etdikdən sonra almanlar sıx əlaqədə olduqları İtalyanın köməyi ilə Avstriyaya qarşı hərbi kampaniyaya başlayırlar. Tezliklə Prussiya şimali alman torpaqlarının böyük hissəsini tutur və Avstriyaya qarşı geniş hücuma hazırlaşır. Avstriya vəziyyətin ağırlığını görərək Prussiya ilə sülh müqaviləsi imzalamaq məcburiyyətində qalır.


1866-cı il Praqa sülh müqaviləsinə görə Alman İttifaqı buraxılır. Hessen, Nassau, Hannover, Şlezviq Qolşteyn və Frankfurt alman torpaqları isə Prussiyaya keçir. Avstriya alman işlərinə qarışmamaq öhdəliyi götürür.


Prussiyanın qələbəsini möhkəmlətmək üçün Şimali Alman İttifaqı yaradılır. Onun konstitusiyasını səhhətində müəyyən problem olan Bismark işləyir. Bismark Almaniyanın birləşməsi üçün təcili addımlar atır. O cənubi alman hersoqlularına birləşəcəkləri təqdirdə xüsusi imtiyazlar vəd edir. Danışıqlar uğurla keçir və 18 yanvar 1871-ci ildə Versalda I Vilhelm Amaniya imperatoru elan edilir.[11] Yeni imperiya federasiya kimi təsis edilir: ona daxil 25 krallıq, knyazlıq və azad şəhərlər müəyyən muxtariyyət əldə edirlər. Prussiya kralı bütün imperiyanın kralı sayılmır, o ancaq vahid alman parlamentinin yuxarı palatası olan bundesratın sədri olur və kanslerin kimliyini digəriləri ilə müzakirə edir.


Tezliklə Şimali Alman İttifaqına daxil olmayan cənubi alman dövlətləri də imperiyanın tərkibinə qatılırlar. 1871-ci ilin aprel ayında Ümumalman Konstitusiyası qəbul edildi.


Bu dövrdən başlayaraq Avstriya Almaniyanın vassalı rolunu oynamağa başlayır.



Avropa hədəfləri |




Bismarkın papağını çıxararaq ordunu salamlaması




"Panç" jurnalından karikatura. Bismark Rusiya, Avstriya və Almaniyanı idarə edir.[12]


Prussiyanın gözlənilməz qələbəsindən həvəsə gələn kral Vyananı və eyni zamanda Çexiyanı tutmaq hazırlığına başlayır. Ancaq Bismark hesab edir ki, hərbi uğur təkrarlanmaya, həmçinin Fransa Prussiyanın güclənməsindən narahat olaraq Avstriyaya kömək edə bilər. O vəliəhdə müraciət edərək kralı fikrindən daşındırmağı ondan xahiş edir.


Hərbi uğur Bismark tərəfdarlarına da siyasi uğur gətirir. 1866-cı ildə mühafizəkarlar və monarxiya tərəfdarları deputatlar palatasında çoxluq əldə edirlər. Bismark bu imkandan istifadə edərək axırıncı dörd ildə təsdiq edilməmiş büdcəni əvvəlki tarixlə təsdiq etdirir.


Bu muharibəyə qədər mayor rütbəsində olan Bismark kavaleriya general-mayoru rütbəsi alır. O bundan sonra daima hərbi forma geyinir. Həmçinin Prussiya lantaqından böyük pul mükafatı alır. O bu pulla özü üçün böyük bir malikanə alır.


Yeni yaranan güclü alman dövləti Fransa və Rusiyanı narahat edir. Rusiya buna bir qədər loyal yanaşsa da, Fransada başqa fikirli siyasətçilərin təsiri ilə münasibətlər kəskinləşməyə başlayır. İspaniya varisliyi uğrunda böhran da ehtirasları qızışdırır.


1870-ci ildə bir ay davam edən Fransa-Prussiya müharibəsi fransızlar üçün ağır nəticə ilə qurtarır. Sedan yaxınlığındakı məğlubiyyət və Fransa İmperatoru III Napoleonun almanlara əsir düşməsinə baxmayaraq Bismarkın Fransadan Elzas və Lotaringiyanı tələb etməsinə fransızlar etiraz edirlər.[13]


III Napoleondan sonra gələn respublikaçı hakimiyyət var gücü ilə Almaniyadan qisas almaq istəyir, ancaq Bismark siyasəti buna imkan vermir. Almanların Parisi tutması və alman əsgərlərinin təntənə ilə Paris küçələrindən keçidi onları razılaşmağa məcbur edir.


Sonda Fransa Elzası və Lotaringiyanın bir hissəsini Almaniyaya verməyə məcbur olur. Çünki, Baş Qərargah rəisi Motke və onun generalları hesab edirlər ki, bu mühafizə zolağı kimi vacibdir.[14]


Bismarkın özü ümumiyyətlə anneksiyanın əleyhinə idi, o Fransanı daimi düşmən kimi görmək istəmirdi.[15] Fransa Almaniyaya muharibədə dəyən ziyanın əvəzini ödəməyə məcbur idi.[16]



Almaniyanın birləşdirilməsi |


Əsas məqalə: Almaniyanın birləşdirilməsi (1871)


Almaniya imperiyası (1871—1918-ci illər)


1866-cı ildə Prussiya Hannover krallığını da özünə birləşdirir. Onun kralı V Georq Hannoverə xəzinənin yarısını özünə saxlamaq ixtiyarı verilir, qalanı isə Prussiya krallığının xəzinəsinə keçirilir. 1868-ci ildə Bismark Georqu əlində olan 16 milyon taleri dövlət əleyhinə qəsdin hazırlanmasına xərcləməkdə günahlandırır və bu vəsait onun əlindən alınır. Sonradan Bismark həmin vəsaitlə gizli fond yaradaraq jurnalistləri ələ almaq və rəqiblərini gözdən salmaq üçün bu pullardan istifadə etməyə başlayır. 1870-ci ildə isə həmin vəsaitdən istifadə edərək Bavariya kralı II Lüdviqin I Vilhelmi ümumalman imperatoru kimi qəbul etməsinə nail olur.


Bismark Hannover kralınının əlindən alınmış vəsaitlə yaradılmış fonddan həmçinin qəzetlər vasitəsilə vəliəhd Fridrixi və onun həyat yoldaşı, Britaniya kraliçası Viktoriyanın qızı Viktoriyanı gözdən salmaq üçün istifadə etməyə başlayır. Onlar hakimiyyətə gələcəkləri təqdirdə birləşmiş Almaniyanın siyasi sistemini Britaniya sayağı qurmaq və kansleri parlament qarşısında məsul etmək istəyirdilər.[17]


Həmin dövrdə imperator çox yaşlı və xəstə idi. Bismark ehtiyat edirdi ki, vəliəhd hakimiyyətə gələcəyi təqdirdə onu liberal fikirli bir siyasətçi ilə əvəz edəcək. Ona görə də o vəliəhdi kənar təsirlərdən qorumaq və onu qeyri-populyar etmək istəyirdi.[18]


1892-ci ildə Bismarkın istefasından sonra kayzer II Vilhelm həmin fondda olan vəsaititi qiymətli kağızlar kimi buraxaraq gəlirini büdcəyə yığır.[19]


Almaniyanın birləşməsindən sonra ölkə daxilində bir çox millətlər və fərqli mədəniyyətlər toplandığına görə hökumət onların germanlaşması siyasətini yürütməyə başladı. Bu imperiyanın sərhədlərində yaşayan xalqlara, əsasən şimalda yaşayan danimarkalılara, Elzas-Lotaringiyada yaşayan fransızlara və Şərqi Almaniyada yaşayan polyaklara aid idi. Bismark xüsusilə polyakların yeni alman dövlətinə problem yaradacağından narahatlıq keçirirdi.[20],[21][22].[23]



Katolik müxalifəti ilə mübarizəsi |




Bismark və Roma Papası XIII Levə karikatura. Bismark: "Pontifik, əsəbləşməyin", Papa: "Baş üstə". (18 mart, 1878-ci il)


Almaniyanın birləşməsi nəticəsində vahid ölkədə müxtəlif mədəniyyətlərə sahib, fərqli dinlərə sitayiş edən, bəzən isə bir-biri ilə mübarizə aparan böyük icmalar yarandı. Katoliklər isə əsasən Almaniyanın yeni, cənub vilayətlərində (Bavariyada) yaşayırdılar. Onlar ümumən Almaniya imperiyasının əhalisinin üçdə birini təşkil edirdilər. Dövlət qarşısında birləşmiş Almaniyada böyük icmaya malik katolik kilsəsi ilə münasibətlər məsələsi çox ciddi şəkildə gündəmə gəldi. Bu zəmində Bismarkın Almaniyanın vahid mədəniyyəti uğrunda mübarizəsi başlayır.


Prussiya ənənəvi olaraq protestant bölgəsi idi. Ancaq çoxsaylı katolok icması vahid dövlətə narahatlıq yaradırdı. Eyni zamanda onlar arasında da yekdillik yox idi. Məsələn, "əvvəlki katoliklər" adlanan icma Vatikanın Papanın müqəddəsliyi barədə qərarını qəbul etmir və bunun özü də Almaniya-Vatikan münasibətlərinə gərginlik yaradırdı.[9] 1864-cü ildə Papa IX Piy katoliklərə antiliberal əhval-ruhiyyəli müraciət göndərir, 1870-ci ildə isə Papanın Vatikan Sinodu Papanın müqəddəsliyi barədə qərar qəbul edir. Bismark ehtiyat edirdi ki, bununla da indiki və sonrakı papalar Avropa ölkələrinin daxili işlərinə qarışmağa çalışacaqlar. Buna görə də o digər Avropa hökumətləri ilə Papa seçkilərinə təsir imkanlarını müzakirə edirdi. Bir çox Avropa ölkələri bunu başa düşür və öz katolik kardinalları vasitəsi ilə bu məsələni nəzarətdə saxlamağa çalışırdılar.[24]


1870-ci ildə reyxstaqda mərkəzi katolik partiya olan güclü müxalifət yaranır. Müxalifət öz cərgələrinə milli azlıqların nümayəndələrini də cəlb edə bilir. Bismark olara müqavimət üçün o dövrdə reyxstaqda çoxluq təşkil edən milli-liberallarla yaxınlaşır. Bu partiyanın yaradıcısı burjuaziya ideologiyasının tərəfdarı və yəhudilərə tam iqtisadi azadlıq tələb edən Eduard Lasker idi. Kansler parlamentdə çıxışı zamanı bildirirdi ki, hətta tam həmrəylik olmayan partiyalarla belə ittifaqa getmək olar.[25]


Bismark Kulturkampf adı ilə tanınan antikatolik mübarizəsini başlayır. 1871-ci ildə Prussiya mədəniyyət nazirliyinin katolik departamenti ləğv edilir, 1873-cü ildə isə ölkədə katolik kilsəsinin nüfuzunu məhdudlaşdıran bir sıra qanunlar qəbul edilir. 1875-ci ildə kəbinlərin kəsilməsi kilsələrdən alınaraq dövlət orqanlarına verilir. Ancaq bu addımlar gözlənilənin əksinə olaraq katolik kilsəsinin mövqeyini daha da gücləndirir, ona görə də 1878-ci ildə Bismark Kulturkampf ideyasından əl çəkməli olur. Həmin ildə Papa IX Piy vəfat edir. Onun yerinə seçilən Papa XIII Lev daha praqmatik mövqe tutur və Bismarkla yaxşı münasibətlər qurmağa nail olur.[26][27]


Kulturkampf kampaniyası Bismarka ancaq bir müddətə siyasi stabillik gətirə bildi. İctimai fikir bu kampaniyanı müdafiə edən milli-liberalların əleyhinə yönəlir. Bu situasiyadan istifadə edərək Bismark onlardan uzaqlaşır. O 1879-cu ildə alman kənd təsərrüfatını və sənayesini xarici rəqiblərdən qorumaq üçün tarifləri qaldırır və bununla da parlamentdə mühafizəkar fraksiyaya yaxınlaşır.[28]



Sosialist hərəkatı ilə mübarizəsi |




Reyxstaqın 21 oktyabr 1878-ci ildə qəbul etdiyi "Sosial-demokrat təhlükəsinə qarşı mübarizə haqqında qanun"un o dövrdə çap edilmiş mətni


Xarici təhlükə ilə bərabər daxildə də sənaye rayonlarında yaranan sosialist hərəkatı qorxulu idi. Onlarla mübarizə üçün Bismark yeni repressiv qanun qəbul edir. Ancaq onu mərkəzçi və mütərəqqi liberal qanada aid olanlar rədd edirlər. Bismark həmişə "qırmızı təhlükədən" danışır. Almaniya üçün belə çətin anda Berlində rus-türk müharibəsinin nəticələrini araşdırmaq üçün aparıcı dövlətlərin Berlin konqresi öz işinə başlayır. Burada Bismark bu dövlətlərin nümayəndələri arasında təkbətək danışıqlar aparmalı olur və konqres gözlənilmədən effektiv alınır.


Konqresdən sonra Almaniyada reyxstaqa seçkilər keçirilir. Bu seçkilərdə konservatorlar, liberallar və sosialistlərin hesabına mərkəzçilər çoxluğu ələ keçirirlər. Bismark bu parlamentdə sosialistlərin əleyhinə olan qanun layihəsini qəbul etdirir. Ölkədə 1873-cü ildən başlamış iqtisadi böhranı aradan qaldırmaq üçün iqtisadi islahatlar keçirilir. Bu islahatlarla kansler milliyyətçi liberalları məğlub edərək mərkəzçiləri öz tərəfinə çəkməyə nail olur.


Sosialist liderlər həbs edilir və məhkəmə qarşısına çıxarılırlar. Ancaq bunlara baxmayaraq sosialist ideyaları geniş tərəfdarlar toplayır. Sosialistlər müstəqil namizədləri qabağa buraxmaqla reyxstaqda xeyli yer əldə edə bilirlər.


Sosializm ideyalarının qarşısını almaq üçün Bismark dövlət kapitalizmi sistemi yaratmaq qərarına gəlir. O İngiltərə və Fransada işçilərlə sahibkarlar arasında olan münasibətlərdəki geriliyi aradan qaldırmağa çalışır. O dövlətə loyal olan fəhlə sinfinin yaradılmasına cəhd edir. 1883-cü ildə o reyxstaqa işçilərin sığortası qanununun layihəsini göndərir. 1889-cu ildə isə yaşa və iş qabiliyyətini itirməyə görə təqaüd haqqında qanun qəbul edilir.[29]"


Bu qanunlar artan sosial-demokrat hərəkatını zəiflədə bilmir və fəhlə sinfi Bismarkın mühafizəkar hökumətinə qarşı müxalifətdə dayanmaqda davam edir. Çünki, vəhşi kapitalizm hələ cəmiyyətdə hökmran idi və bu qanunlar birdəfəlik sosial müdafiə sistemi yarada bilmirdi. Bununla belə Bismark qanunları o dövr üçün çox mütərəqqi idi və gələcək islahatlar üçün baza yaradırdı.[30][31]



Yeni situasiyada fəaliyyəti |




Anton fon Verner, "Berlin konqresi". Otto fon Bismark mərkəzdə


1872-ci ildə Bismark Berlində Rusiya kansleri Qorçakov ilə birlikdə üç imperatorun (Almaniya, Avstriya və Rusiya) görüşünü təşkil edir. Onlar birlikdə inqilaba qarşı mübarizə aparmaq haqqında razılığa gəlirlər. Bundan sonra Bismarkın Almaniyanın Fransadakı səfiri Arnimlə münaqişəsi başlanır. Arnim tanınmış nəsildən idi və Bismarka qarşı müxalif mövqedən çıxış etməkdən çəkinmirdi. Nəticədə Arnim sənədlərdə buraxdığı səhvlərə görə həbs olunur.[32] Bütün bu daxili çəkişmələr kanslerin sağlamlığına zərər yetirir. 1879-cu ildə fransız-alman münasibətləri yenidən pisləşir. Rusiya öz növbəsində Almaniyadan yeni müharibəyə başlamamasını tələb edir. Nəticədə Rusiya ilə Almaniya arasında da gərginlik yaranır. Bismark çox çətin vəziyyətdə qalır, beynəlxalq səhnədə təklənmək təhlükəsi yaranır. O hətta öz vəzifəsindən istefa verir, ancaq imperator bu ərizəni qəbul etmir və kansleri 5 aylıq məzuniyyətə göndərir.


Fransa və Rusiyanın yaxınlaşmasından qorxan Bismark yenidən üç imperatorun görüşünü təşkil edir. Buna baxmayaraq Almaniya və Rusiya arasındakı münasibət gərgin olaraq qalır. Nəticədə Paris ilə Sankt-Peterburq arasında əlaqələr daha da güclənir. Rusiya və Fransanın birlikdə Almaniyaya qarşı çıxacağından ehtiyatlanan Almaniya 1882-ci ildə, öz müttəfiqləri olan Avstriya və İtaliya ilə "Üçlər ittifaqı"nı yaradır.


Bismark siyasi fəaliyyətinin əvvəlindən milli birliyin mümkünlüyünü vurğulayır və bu istiqamətdə gərgin çalışırdı.[33] Digər tərəfdən bu məqsəd üçün o demokratiyanı məhdudlaşdırır, antikatolik və antisosialist qanunvericiliyə üstünlük verirdi. Bu xətt alman siyasi strukturunda uzun müddət aparıcı yer tutdu.[34]



1880-cı illərdə çətinlikləri |




Bismark (1894)





Punç jurnalında karikatura: "Şturman gəmini tərk edir." Bismarkın yeni kral II Vilhelm tərəfindən kansler vəzifəsindən azad edilməsinə ironik işarə


1881-ci ildəki seçkilər demək olar ki, Bismark üçün uğursuz oldu. Mühafizəkarlar və liberallar parlamentdə mərkəzçilərə uduzdular. Müxalifətdə olan partiyaların birləşib hərbi büdcənin azaldılmasına tərəf çıxmaları vəziyyəti daha da kəskinləşdirdi. Növbəti dəfə Bismarkın vəzifədən getməsi təhlükəsi yarandı. Fasiləsiz iş və stress onun sağlamlığına pis təsir edirdi. Amma həkimi Şvinqerin müalicəsi sayəsində o tezliklə adi iş rejiminə qayıda bildi. Bismark yeni güclə işə başladı.


Bu dəfə onun diqqət mərkəzində müstəmləkə siyasəti dururdu. 1884-cü ildə Almaniya Afrikada böyük torpaqlar ələ keçirdi. Bu siyasət Almaniyanı Fransa ilə yaxınlaşdırdı. Ancaq İngiltərə ilə münasibətlər gərginləşdi. Bismark müstəmləkə işinə oğlu Herberti cəlb etdi. O, İngiltərə ilə münasibətləri tənzimləməklə məşğul idi.


1887-ci ildə Bismarka reyxstaqda bir çox deputatları öz tərəfinə çəkərək çoxluq yaratmaq nəsib oldu. Bu ərəfədə Fransa ilə müharibə təhlükəsi altında seçicilər kanslerin ətrafında cəmləşdilər. Bu ona reyxstaqda yeddiillik xidmət haqqında qanunu keçirməyə imkan verdi.


Həmin dövrdə Bismark xarici siyasətdə özünün ən böyük səhvini buraxdı. Rusiya əleyhinə çıxaraq o Fransa-Rusiya ittifaqının yaranacağına inanmadığını nümayiş etdirdi. Buna baxmayaraq o Rusiya ilə məxfi müqavilə bağladı, ancaq bu müqavilə 1890-cı ilə qədər qüvvədə oldu.


1888-ci il martın 9-da kayzer I Vilhelm 91 yaşında vəfat etdi. Onun yerini oğlu III Fridrix tutdu. Lakin boğaz xərçəngindən əziyyət çəkən yeni imperator cəmi 99 gün sonra, iyunun 15-də dünyasını dəyişdi.


İmperator taxtını enerjili və yeniliklər həvəskarı olan gənc II Vilhelm tutdu. Bismark onun uşaqlığından tərbiyəsində iştirak etdiyinə görə onu təsirdə saxlayacağına ümüd edirdi.


Yeni imperator aktiv olaraq siyasətlə məşğul olmağa başladı. Bismark ikinci plana keçdi. Onlar arasında böyük münaqişə antisosialist qanunun qəbulunda baş verdi. Bismark sosialist təbliğatçıların tutulması və cəzalandırılmasını tələb etdi. Vilhelm isə bildirdi ki, o hakimiyyətinin zorakalıqla başlanmasını istəmir. Bu münaqişə nəticəsində Bismark 20 mart 1890-cı ildə öz vəzifəsindən istefa verdi.[35]


II Vilhelm ona general-feldmarşala bərabər general-polkovnik rütbəsi verdi. İdarəetməyə buraxmasa da, onu daima diqqətdə saxlamağa başladı. Onun 80 illik yubileyi ölkədə böyük təntənə ilə keçirildi.


Bismark təqaüdə çıxandan sonra Hamburq yaxınlığında yerləşən Fridirixsrue adlı malikanəsində yaşamışdır. 1884-cü ildə onun həyat yoldaşı Yohanna vəfat etmişdir. Ömrünün son günlərində Bismark rus-fransız müttəfiqliyi və İngiltərə ilə yaranan gərgin münasibətlə bağlı olaraq Avropanın gələcəyini pessimist qiymətləndirmişdir. II Vilhelm bir neçə dəfə ona evində baş çəkmişdir.


1898-ci ildə keçmiş kanslerin səhəti kəskin pisləşmiş və 30 iyulda o öz evində vəfat etmişdir.



Şöhrəti |




Kanslerin 60 illiyinə dostluq şarjı


Vəfatından sonra alman cəmiyyətinin müəyyən qüvvələri Bismarkı milli qəhrəman kimi təqdim etməyə başladılar. Onun o dövrdə qoyulan heykəlləri indiyə qədər qalmaqdadır.[36] Tarixçilər onun Almaniyanın son 125 ildəki tarixində oynadığı rol barədə çoxdan konsensusa gəliblər.[37][38]


O bir çox siyasətçilərin əsrlərlə vahid Almaniya yaradılması ideyasını həyata keçirə bilmişdir. Bismarkın ehtiyatlı və düşünülmüş siyasəti Almaniya dövlətinin nüfuzunu daima gücləndirmişdir.


Onun əksinə kayzer II Vilhelmin Almaniya torpaqlarının genişləndirilməsi üçün atdığı addım müharibəyə və ölkənin ciddi məğlubiyyətinə səbəb olmuşdur.


Qeyd edilir ki, Bismarkın diplomatiyası o dövrdə Avropada sülhün qorunub saxlanmasında böyük rol oynamışdır. O güclü sosial siyasətli dövlətin əsasını qoymuşdur. Hazırlıqlı məmur ordusu isə Almaniyanın kral hakimiyyətinin uzun müddət saxlanmasına səbəb olmuşdur.


2005-ci ildə Gerwarth jurnalı yazırdı ki, Bismark haqqında yaradılan mif onu doqmat kimi göstərir, əslində isə Bismark siyasətçi kimi ideoloji cəhətcə çox cevik idi. Bu günə qədər almanlar özlərinə "Bu situasiyada Bismark nə edərdi?" sualını tez-tez verirlər.




Portret Otto von Bismarck. N.Repik



Bismarka aid edilən məşhur deyimlər |


  • Dövlət xadimi hadisələrin içində Allahın addım səslərini eşitməmiş onun ətəyindən yapışmır.[39]

  • Amerikalılar iki tərəfdən zəif qonşularla, iki tərəfdən isə balıqlarla əhatə olunublar.

  • Əgər kimsə döyüş meydanında ölmüş əskərin donmuş gözlərini görməyibsə, muharibə başlamamışdan əvvəl ciddi-ciddi düşünməlidir..."[39]

  • Tarix sadəcə olaraq üstü möhürlü bir kağızdır. Əsas məsələ həmin kağızı yazmaq yox, tarixə düşməkdir.

  • Mənim üçün darıxdırıcıdır ki, bütün böyük işlər artıq mənə qədər görülüb.

  • Siyasət mümkünlərin məcmusudur.

  • İnsanlar ən çox ovdan sonra, döyüşdən əvvəl və seçkilər zamanı yalan danışırlar.

  • Bu gün məktəb tikməsək, sabah həbsxana tikməli olacağıq.

  • təxmin edilir : Əgər siz sosializm qurmaq istəyirsinizsə, onda yazığınız gəlməyən ölkə seçin.

  • təxmin edilir : Məhəmməd! Təəssüflənirəm ki, sənin müasirin olmamışam. Bəşəriyyət ancaq bir dəfə sənin böyük gücünü gördü və bir daha görməyəcək. Mən sənə valehəm.


Maraqlı faktlar |




Bismarkın 150 illiyi münasibətilə Almaniyada buraxılmış poçt markası (1965)



  • Tomas Edison adına Amerika muzeyi XIX əsr Almaniya kansleri Otto fon Bismarkın səs yazısını internetdə yerləşdirib. 100 ildir ki, heç kəs onun səsini eşitməyib. Səs yazısı ilk dəfə 1889-cu ildə ixtiraçı Tomas Edisonun işçiləri tərəfindən mum silindirdə qeyd edilib. Bir il sonra Bismark məzuniyyətə gedib, doqquz il sonra vəfat edib. Mum silindr 1957-ci ildə Edison muzeyinin anbarında yeşiklərin birində tapılmışdı. İndi isə rəqəmli formata salınaraq internetə yerləşdirilib. Səs yazısında Bismarkın səsi pis eşidilir, ancaq onun şer, mahnı oxuduğu və oğluna xitab etdiyi anlaşılır. Anidən Bismark Fransanın himni "Marselyeza"nın ilk misralarını oxuyur.[40]

  • Bismarkın ən möhtəşəm abidəsi, onun Quqo Ledererenin layihəsi əsasında beş il ərzində hazırlanan və 34 metr hündürlükdə olan heykəlidir. Heykəl 1906-cı ildə Hamburq şəhərində, Elba çayı sahilində ucaldılmışdır.[41]

  • Almaniyanın İkinci dünya müharibəsində ən böyük linkoru Bismarkın adını daşımışdır.

  • Sağlığında o bir çox alman şəhərlərinin fəxri vətəndaşı adına layiq görülmüşdür.


  • Sakit okeanda keçmiş alman müstəmləkəsi Yeni Qvineyanın yaxınlığındakı arxipelaq Bismark arxipelaqı adlanır.

  • ABŞ-ın İllinoys, Şimali Dakota və Missuri ştatlarında Bismark adlı şəhərlər var.


  • Tanzaniyada Bismarkburq adlı şəhər var.


Qalereya |










Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Otto_fon_Bismark&oldid=4907388"













Naviqasiya menyusu




























(RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgPageParseReport":"limitreport":"cputime":"1.132","walltime":"1.551","ppvisitednodes":"value":15726,"limit":1000000,"ppgeneratednodes":"value":0,"limit":1500000,"postexpandincludesize":"value":157627,"limit":2097152,"templateargumentsize":"value":59987,"limit":2097152,"expansiondepth":"value":19,"limit":40,"expensivefunctioncount":"value":3,"limit":500,"unstrip-depth":"value":0,"limit":20,"unstrip-size":"value":24642,"limit":5000000,"entityaccesscount":"value":12,"limit":400,"timingprofile":["100.00% 1347.286 1 -total"," 85.29% 1149.057 1 Şablon:Dövlət_xadimi"," 84.80% 1142.461 1 Şablon:Kartoçka"," 45.92% 618.681 15 Şablon:Wikidata"," 15.62% 210.462 2 Şablon:Sətirdə_tək-cəm"," 15.42% 207.748 4 Şablon:Str_find"," 15.10% 203.396 4 Şablon:Str_find/logic"," 9.63% 129.712 796 Şablon:Str_left"," 5.68% 76.583 1 Şablon:Vikiləşdirmək"," 5.54% 74.679 2 Şablon:Ambox"],"scribunto":"limitreport-timeusage":"value":"0.563","limit":"10.000","limitreport-memusage":"value":7699614,"limit":52428800,"cachereport":"origin":"mw1309","timestamp":"20191130132146","ttl":2592000,"transientcontent":false););"@context":"https://schema.org","@type":"Article","name":"Otto fon Bismark","url":"https://az.wikipedia.org/wiki/Otto_fon_Bismark","sameAs":"http://www.wikidata.org/entity/Q8442","mainEntity":"http://www.wikidata.org/entity/Q8442","author":"@type":"Organization","name":"Contributors to Wikimedia projects","publisher":"@type":"Organization","name":"Wikimedia Foundation, Inc.","logo":"@type":"ImageObject","url":"https://www.wikimedia.org/static/images/wmf-hor-googpub.png","datePublished":"2008-05-29T10:51:17Z","dateModified":"2019-10-23T12:46:35Z","image":"https://upload.wikimedia.org/wikipedia/commons/f/f7/Bundesarchiv_Bild_183-R13234%2C_Otto_von_Bismarck.jpg"(RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgBackendResponseTime":162,"wgHostname":"mw1241"););

Popular posts from this blog

Canceling a color specificationRandomly assigning color to Graphics3D objects?Default color for Filling in Mathematica 9Coloring specific elements of sets with a prime modified order in an array plotHow to pick a color differing significantly from the colors already in a given color list?Detection of the text colorColor numbers based on their valueCan color schemes for use with ColorData include opacity specification?My dynamic color schemes

Invision Community Contents History See also References External links Navigation menuProprietaryinvisioncommunity.comIPS Community ForumsIPS Community Forumsthis blog entry"License Changes, IP.Board 3.4, and the Future""Interview -- Matt Mecham of Ibforums""CEO Invision Power Board, Matt Mecham Is a Liar, Thief!"IPB License Explanation 1.3, 1.3.1, 2.0, and 2.1ArchivedSecurity Fixes, Updates And Enhancements For IPB 1.3.1Archived"New Demo Accounts - Invision Power Services"the original"New Default Skin"the original"Invision Power Board 3.0.0 and Applications Released"the original"Archived copy"the original"Perpetual licenses being done away with""Release Notes - Invision Power Services""Introducing: IPS Community Suite 4!"Invision Community Release Notes

199年 目錄 大件事 到箇年出世嗰人 到箇年死嗰人 節慶、風俗習慣 導覽選單